2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyada varlı-kasıb uçurumu böyüyür

Rusiyalıların çoxu – 68%-i 2011-ci ildən bəri varlılarla kasıblar arasında bərabərsizliyin artdığını deyir. Daha yaşlılar bu fikirlə gənclərdən çox razılaşırlar. Bu uçurumun dərinləşməsində həyat şəraitinin pisləşməsi və korrupsiya rol oynayır. Bu barədə «Gallup» sorğu mərkəzi yazır.

Mərkəz bildirir ki, elə ötən ay Rusiyadakı etirazlar da rusiyalıların endemik korrupsiyadan və bərabərsizlikdən məyusluğunun artdığını göstərir. Rəy sorğusu ötən il keçirilib, rəyi soruşulan yaşlıların 68%-i son 5 ildə varlı-kasıb bərabərsizliyinin artdığını söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

YAŞLILAR DA FƏRQİ GÖRÜR

Keçmiş sovet respublikalarından daha dördündə sorğu aparılıb və orada da əhali son 5 ildə bu fərqin böyüdüyünü deyib – Ermənistanda 79%, Ukraynada 77%, Moldovada 77%, Litvada 75% rəyi soruşulan bu fikirdədir.

Sorğu mərkəzi qeyd edir ki, küçələrə etiraza çıxanlar gənclər olsa da, bərabərsizliyi görən təkcə onlar deyil. Yaşlılar bunu söyləməyə daha meyllidirlər. Yaşı 55 və yuxarı olanların 77%-i belə düşünür.

Mərkəz bildirir ki, rusiyalıların belə bir mövqeyinin formalaşmasında onların şəxsi maliyyə durumunun da rolu var. Son illər yaşayış standartlarının pisləşdiyini deyən rusiyalıların sayı iki dəfədən çox artıb. 2014-cü ildə hər 6 nəfərdən biri (17%) belə deyirdisə, 2016-cı ildə hər 3 nəfərdən biri (36%) bu fikirdə olduğunu dilə gətirib.

Supermarket

Supermarket

YAXŞI, PİS DOLANANLAR

Yaşam standartının pisləşdiyini deyənlərin 79 faizi bərabərsizliyin artdığını söyləyir. Yaşayışının yaxşılaşdığını deyənlərin 61%-i bu fikirdədir.

Korrupsiya da bu yanaşmanın formalaşmasında az rol oynamayıb. Korrupsiyanın hökumətdə kök saldığını düşünənlərin 74%-i varlı-kasıb uçurumunun də böyüdüyün düşünür, 45% bunun əksini iddia edir.

Amma «Gallup» onu da qeyd edir ki, nə Rusiyanın iqtisadi çöküşü, nə də korrupsiya son illər prezident Vladimir Putin-in reytinqinə təsir göstərməyib, yəni ona dəstək azalmayıb.

Ötən il Rusiyada yaşlıların 13%-i dolanışığının kasıb, 29%-i yaxşı olduğunu, 58% isə mücadilə apardığını söyləyib.

ÜZÜ TƏQAÜDƏ GEDƏNLƏRİ NƏ ƏNDİŞƏLƏNDİRİR

«Gallup» yazır ki, bütün bu tapıntılar bir fikrin qeyri-dəqiqliyini üzə çıxarıb. Yəni, Rusiyada etirazların yalnız bir gənclik fenomeni olduğunu düşünənlər yanılırlar. Düzdür, gənclərin çoxu bərabərsizliyi görür, ancaq belə düşünən, yaşı 55 yaşlı və daha çox olanların sayı onlardan artıqdır.

Bir tərəfdən, adamlar yaşlandıqca daha bədbin olurlar. Di gəl, təqaüdə çıxmağa hazırlaşanlar son iki ilin iqtisadi durğunluğunun onlara şəxsən necə təsir edəcəyini də düşünürlər. Ötən ilin avqustunda Rusiyanın Ehtiyat Fondu 32.2 milyard dollara düşüb. 2008-ci ildə bu rəqəm 142.6 milyard dollar idi. Bu azalma Kremlin Sosial Təminat Fondundan vəsait götürməsiylə sonuclana bilər. Bu fond pensiyalar və investisiya layihələrindən ötrü nəzərdə tutulub.

Ötən ilin avqustunda hökumət elan edib ki, təqaüdlər əvvəlki illərdəki kimi, inflyasiyaya uyğun qaldırılmayacaq. Hazırda Rusiyada aylıq təqaüd 187 dollar civarındadır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button