AZ24SAAT.ORG

Now Reading:
Rusiyadakı dəhşətli yanğında qəsd izi

Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzinin rəhbəri yanğının qəsdən törədildiyini iddia edib

Rusiyanın Kemerovo şəhərində yerləşən və martın 25-də dəhşətli yanğının baş verdiyi “Zimnyaya vişnya” (“Qış albalısı”) ticarət-əyləncə mərkəzinin baş direktoru Nadejda Suddenok istintaqa ifadə verib.

N. Suddenok yanğının qəsdən törədildiyini iddia edib. O deyib ki, dəfələrlə ticarət mərkəzində qaraçı görünüşlü adamlar görüb, onlar oyun aparatlarında pulsuz oynayır, tualetlərin divarlarında yazılar yazırmış. Bu şəxslər barəsində polisə şikayət edilsə də, onlar saxlanıldıqdan sonra dərhal buraxılıblar.

“Kinoteatrın qapıları heç vaxt bağlanmazdı. Mən həmişə özüm hər şeyi yoxlayır, təmizliklə məşğul oluram”, – deyə baş direktor söyləyib. O qeyd edib ki, yanğın başladıqdan sonra mərkəzin işçilərindən insanlara köməklik edilib-edilmədiyi ilə bağlı məlumat alıb və əməkdaşlar ona hər şeyin qaydasında olduğunu söyləyiblər. Amma bir az sonra kinoteatrların qapılarının bağlı olması və ölənlərin sayı haqda məlumatlar gəlməyə başlayıb: “Mənim sorğu-sual etdiyim əməkdaşımız dedi ki, uşaq zalında partlayış səsi eşidib və alov görüb. Attraksion özlüyündə o cür alışa bilməz. Əmin edə bilərəm ki, bu yanğını kimsə törədib”. (APA)
Qeyd edək ki, Yanğında 42 nəfər uşaq olmaqla 64 adam ölüb.
Prezident Vladimir Putin hadisə yerində olub və olayla bağlı toplantı keçirib.
Prezident Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrikinə hadisənin detallı araşdırılmasına dair təlimat verib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.