Dünya

Rusiyadakı son aksiyada tutulanların sayı 3 mindən çox olub


Həbs edilən Kreml tənqidçisi Aleksey Navalnının hüquqlarının müdafiəsi ilə bağlı şənbə günü Rusiyada keçirilən aksiyada tutulanların sayı 3 mini keçib. Bu barədə yanvarın 24-də siyasi təqiblərin monitorinqini aparan OVD-İnfo məlumat yayıb.

 

OVD-İnfo-nun məlumatında qeyd olunur ki, aksiyada saxlananların  sayı 3296 nəfərə çatıb ki, bu da müasir Rusiya tarxində ən yüksək göstəricidir.

Açıqlamada Moskvada 1300-ə yaxın, Peterburqda isə 500-dən çox adamın saxlandığı vurğulanır.

Rusiyanın 100-dən çox şəhərində keçirilən aksiyalarda ümumilikdə  100 mindən çox adamın iştirak etdiyi bildirilir. 

OVD-İnfonun məlumatına görə, 30-a yaxın aksiyaçı polislər tərəfindən döyülüb, bir qadın isə xəstəxanaya yerləşdirilib. Peterburqda qadının polis zorakılığına məruz qalmasını götərən video da paylaşılıb. Həmin videoda polis əməkdaşı qarşıdan onlara tərəf gələn qadının qarnına təbiklə vurur və qadın asfalta yıxılır.

Tutulanlar arasında yetkinlik yaşına çatmayanların və junalistlərin sayının 100-dən çox olduğu iddia olunur.

Son məlumatlara görə, polis bölmələrinə aparılanların çoxu potokol yazılandan  və ya gecəni polis bölmələrində saxlandıqdan sona sərbəst buraxılıb.

 

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button