2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyadan 650-dək Azərbaycan vətəndaşı quru yolla ölkəyə gətirilib

COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, Rusiyanın Azərbaycanla dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımızın növbəti dəfə quru yolla gətirilməsi təmin olunub.

APA-nın məlumatına görə, qonşu ölkədə qalan və müvafiq prosedura uyğun olaraq qeydiyyata alınan 650-dək vətəndaşın “Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına keçidi baş tutub.

Proses 5 gün davam edib.

Saytların yığılması Saytlarin yigilmasi

Ölkəyə daxil olan vətəndaşlardan koronovirus testi götürülüb və bir günlük Qubada karantində saxlanılıblar. Testi neqativ çıxanlar isə bir gündən sonra evə buraxılıb.

COVID-19 pandemiya rejimi ilə əlaqədar ölkə üzrə vətəndaşların quru sərhəd keçidinə tətbiq edilən müvəqqəti məhdudiyyətlər dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq tapşırığına və pandemiya şərtlərinə uyğun olaraq ötən il 29 yanvar – 27 dekabr tarixləri arasında qrup halında 35 sərhəd keçidi olmaqla 4217 həmvətənlimizin təxliyəsi təmin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button