2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyadan ABŞ-a buz kimi 1 aprel zarafatı

Rusiyanın Xarici İşlər Nazirliyi rəsmi Facebook hesabları üzərindən etdikləri bir paylaşımla 1 aprel zarafatı edib.

Nazirliyin zarafatının hədəfində  ABŞ mediası və ABŞ mediasında yer alan Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyi iddiası vardı.

Saytların yığılması Saytlarin yigilmasi

“Russia Today”in xəbərinə görə, 1 apreldə nazirliyin rəsmi Facebook səhifəsində bir səs qeydi yayılıb. Qeyddə: “Rusiya səfirliyinə çatdınız, axtarışınız bizim üçün çox əhəmiyyətlidir. Siyasi rəqiblərinizə bir rus diplomatdan telefon gəlməsini istəyirsinizsə, 1-ə basın” ifadələri əvvəl rus, sonra isə ingilis dilində səsləndirilir. Qeydin davamında: “Rus haker xidmətlərini istifadə üçün 2-yə basın. Əgər seçkilərə müdaxilə edilməsini istəyirsinizsə, 3-ə basın və bir sonrakı seçkilərə qədər gözləyin.” ifadələri səsləndirilir.

Məlum olduğu kimi, ABŞ-da  Donald Trampın zəfəriylə nəticələnən 8 noyabr seçkilərindən sonra kəşfiyyat təşkilatları Rusiyanın ABŞ seçkilərinə müdaxilə etdiyini iddia etmişdi. Kəşfiyyatın hesabatında rus hakerlərin ABŞ-ın elektron seçki sisteminə sızdığı və Trampın seçimi qazanmasına kömək etdiyi bildirilmişdi.

 

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button