2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyadan Azərbaycan hakimiyyətinə daha bir zərbə

Zaxarova hakimiyyətin ünvanına sərt ifadələr işlətdi

RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi barədə Rusiya Ali Məhkəməsinin qərarını müdafiə edib. Bundan əlavə, o, bu qərarın Azərbaycan XİN tərəfindən tənqid edilməsini “yersiz” adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Federal qanunvericiliklə bağlı çoxsaylı pozuntulara yol verdiyinə görə Ümumrusiya Azərbaycan Konqresi ictimai təşkilatının ləğvi barədə Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə bağlı Azərbaycan XİN mətbuat xidmətinin xəttilə yayılan və yerli agentliyin biri tərəfindən dərc edilən fikirlər təəccüblü qarşılanıb.

Rusiyanın daxili siyasətilə bağlı Azərbaycan XİN nümayəndəsinin çıxışına diqqət yönəldildi, bizim ölkədə “millətlərarası münasibətlər, islahatlar konsepsiyası və mədəniyyətlərarası dialoq perspektivləri” haqqında sözlər səsləndi”, – M.Zaxarova ötən gün brifinqdə bildirib.

O, “belə bəyanatları yersiz” adlandırıb. “Rusiyanın ictimai təşkilatı ilə bağlı Rusiya məhkəməsinin qərarının Azərbaycana qarşı “qeyri-dost” addım kimi qiymətləndirilməsi qəribə görünür.

Azərbaycan xarici siyasət idarəsi yenə də bəzi KİV-də dərc olunan versiyalardan istifadə edir, həm də hansısa “erməni izi”ndən danışır. Bizim öz ölkəmizdə etniklərarası münasibətləri necə qurmaqla bağlı şübhəli məsləhətlərə ehtiyacımız yoxdur”, – M.Zaxarova vurğulayıb.

O bildirib ki, “Rusiya çoxmillətli demokratik dövlətdir, hər kəsin hüquqları təmin olunur və milliyyətindən asılı olmayaraq qorunur”.

“Bizdə milli-mədəni ictimai birliklərin özünü təşkili və hərtərəfli fəaliyyəti üçün hər cür şərait yaradılıb Əsasən əslən azərbaycanlı olan Rusiya vətəndaşlarının maraqları 260-dan çox qeyri-kommersiya təşkilatında təmsil olunur. Rusiya Azərbaycan Gənclər Birliyi, Rusiya Azərbaycan Təşkilatları İttifaqı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Ümumdünya Azərbaycan Mədəniyyət Fondu kimi təşkilatlar federal səviyyədə uğurla fəaliyyət göstərir”, -M.Zaxarova qeyd edib.

O əlavə edib ki, “Rusiyada Azərbaycanla strateji tərəfdaşlıq dəyərləndirilir, iki dövlət başçısının müəyyən etdiyi kurs əlaqələrin hərtərəfli möhkəmləndirilməsinə yönəlib”.

“Əminik ki, mənim fikirlərim Rusiya-Azərbaycan münasibətlərinə zərər vurmayacaq”, – M.Zaxarova vurğulayıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button