2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyadan Ermənistana tərs şapalaq — Moskva İrəvanı niyə buxovda saxlayır?

Ermənistan Avrasiya İttifaqı ölkələrinə ixracatını 1.5 dəfə artırıb. Amma bununla belə, ermənilərin gözü doymur və respublikada ölkənin təşkilatdan çıxması və Rusiya ilə münasibətləri dayandırmaq barədə çağırışlar edilir.
“Ölkə.Az” Rusiya mətbuatına istinadən bu barədə məqaləni təqdim edir.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv qəbul edilməsindən iki il ötdü. Bu iki il ərzində nələr baş vermədi? Daxili siyasətdə didişmələr, konstitusiya islahatları, Dağlıq Qarabağ münaqişəsində vəziyyətin kəskinləşməsi, Avrasiya İttifaqı ilə əməkdaşlığa dair yeni razılaşmanın imzalanmasına hazırlıq, rus ordusunun Gümrü bazasından çıxarılması tələbi, respublikanın Rusiya Federasiyasından ayrılma istəyi, Rusiyaya qarşı yalançı və əsaslandırılmış incikliklər…

Ermənistan Birliyə üzv olmadan əvvəl hakim rejim və bu ittifaqın rəhbərliyi belə düşünürdü: ermənilər təşkilata üzv olmaqla heç nə itirmirlər, əksinə böyük faydaları və qazancları olur. İrəvanda keçirilən “Ermənistan respublikası və Avrasiya İqtisadi Birliyi: yeni imkanlar və inkişaf perspektivləri” sessiyasında Ermənistanın quruma üzvlüyünün ilk nəticələri müzakirə edildi. Avrasiya iqtisadi komissiyasının makroiqtisadiyyat və inteqrasiya üzrə naziri Tatyana Valovaya bir neçə rəqəm misal çəkdi. Bu rəqəmlər Avrasiya inteqrasiyasının erməni iqtisadiyyatına olan müsbət təsirlərini ortaya qoyurdu.

Saytların yığılması Saytlarin yigilmasi

Qlobal iqtisadiyyatda və Avrasiya İqtisadi Birliyi ərazisində çətin vəziyyətə baxmayaraq, ötən il Ermənistan bu quruma aid ölkələrə ixracatını 53 % artırıb. Bununla yanaşı digər ittifaq ölkələri arasında qarşılıqlı ticarət 6.7 % azalıb.

Ermənistanın maliyyə nazirinin müavini Armen Ayrapetyanın fikrinə əsasən, AİB-ə inteqrasiya respublikaya müəyyən mənada dividentlər qazandırıb. Rusiyanın dəstəyi ilə və ittifaqda vahid gömrük tarifi hesabına müəyyən müsbət təzahürlər nəzərə çarpır.

Avrasiya eksport klubunun üzvü professor Aşot Tavadyan da Rusiyanın təbii qazın qiymətini 30 faiz aşağı saldığını bildirir. Professor fikrinə görə bu iqtisadiyyata müəyyən mənada müsbət təkan verib.

Hə bu işin müsbət tərəfi ilə yanaşı pərdəarxası məqamlar da var. Məsələn, Rusiya dövlət dumasının spikeri Vyaçeslav Volodin erməni hökumətinə rus dilini respublikanın rəsmi dili elan etməyi təklif edib. Belə olacağı təqdirdə isə, Rusiya ərazisində Ermənistanda verilən sürücülük vəsiqələri etibarlı sayıla bilər. Rusiyada 1 iyun tarixindən qüvvəyə minən qanuna əsasən, Rusiya Federasiyası ərazisində xarici sürücülük vəsiqələri ilə avtomobil idarə etmək qadağan edilir. Təbii ki, rəsmi dövlət dili rus dili olan və AİB-ə üzv ölkələrin vətəndaşlarına bu qanun şamil edilmir. Bu isə Rusiyada şəxsi “çarvadarlıq” şirkəti olan ermənilərin Ermənistana qayıtması ilə nəticələndi.

Ermənistan əhalisi arasında bu məsələdən sonra müəyyən söhbətlər dolaşmağa başladı. Ermənilərin fikrinə görə Rusiya Ermənistanı istənilən yol ilə şantaj edir və rus dilini ölkənin rəsmi dili elan etməyə çalışır. Bununla da Ermənistanın suvereniteti və müstəqilliyi şübhə altına düşür.

Başqa bir kəsimin fikrinə görə, Ermənistan vətəndaşlarının sürücülük vəsiqəsi kontekstində “çıxdaş” edilməsi rəsmi İrəvana təzyiq rıçaqıdır. Bu isə Ermənistanın siyasi və ictimai həyatında Rusiya əleyhinə fikirlərin ortaya çıxmasına səbəb olur. Ermənistan rəhbərliyi isə rus dili statusu məsələsini nəzərdən keçirmək fikrində olmadığını bildirir.

Buna cavab olaraq bildirilir ki, Ermənistan Avrasiya İqtisadi Birliyini tərk etməlidir. Dövlət Duması tərəfindən qəbul edilən qərarın legitim olmadığı bildirilir. Çünki AİB sənədi Rusiya qanunverici orqanı tərəfindən qəbul edilən sənədə nisbətən daha çox hüquqi gücə malikdir. AİB normalarına əsasən isə Ermənistan vətəndaşları nəinki Rusiya ərazisində, həm də ittifaqın digər respublikalarında əngəlsiz işləyə bilərlər. İndi isə onlara “dil məsələsi” ilə əngəl yaradırlar.

Niyə Rusiya tərəfi növbəti dəfə erməniləri “incidir” və öz əleyhinə çevirir? Görəsən Ermənistanın noyabr ayında Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi imzalayacağı buna səbəb ola bilərmi? Qeyd edək ki, rəsmi İrəvan Avropa İttifaqı ilə Assosasiyalar barədə müqavilə imzalamağa hazır idi. Amma son anda Rusiyanın təzyiqi ilə Ermənistan hakimiyyəti Avropaya rədd cavabı verdi və AİB üzvü olacağını bəyan etdi. Beləcə, Ermənistan hakimiyyətinin xarici siyasət kursu dəyişikliyə məruz qalmadan “Rusiya mövqeli” olmağa davam etdi.
Avropa İttifaqının bu hərəkət xoşuna gəlməmişdi və İrəvana müqavilənin daha bəsit formasını imzalamaq təklif edilmişdi. Bu müqavilə isə Ermənistana AİB-ə üzv olmağa mane olmur və məntiqi olaraq Rusiyanın müqavimətinə tuş gəlmirdi.

Bununla yanaşı rəsmi Moskva anlayır ki, Ermənistanın Avropa İttifaqı ilə cüzi yaxınlaşması geosiyasi rəqabətə mənfi təsir edir və məlumdur ki, zaman keçdikcə Ermənistan Rusiyanın “qucağında oturmaqdan” vaz keçəcək.

Erməni cəmiyyəti müqavilənin mətni ilə tanış deyil. Bildirilir ki, gələn ilin əvvəli mətni ictimaiyyətə təqdim edəcəklər. Elə bu da müxtəlif suallar doğurur. Niyə Ermənistan hakimiyyəti hər şeyi səs-küylə qarşılayır: Hazırda ermənilər bu məsələni o dərəcədə də şişirtmədi. Ermənistanın Avropa kursu götürməsi cəmiyyətdə mənfi rezonansa səbəb olmadı.

Baxmayaraq ki, erməni “qərbpərəstləri”ni və Avropanı da razı salacaq Moskvadan “aralanmaq” imkanı hələ ki, real deyil. Birincisi, Azərbaycanla münaqişənin həll edilməməsi buna mane olur. Rusiya cəza olaraq Ermənistanı “qucağından düşürdə bilər”. Azərbaycan isə çox qısa müddətə işğal edilmiş torpaqlarını geri qaytara bilər. Ermənistan isə belə bir müharibədə çox böyük itkilər verər.

Bununla yanaşı, Ermənistanın təhlükəsizliyi üçün Türkiyə faktoru böyük amildir; Ermənistanın əsas idxalçısı Rusiya məhsulun satış bazarını bağlaya bilər. Eyni zamanda Rusiya təbii qaz kəmərini də bağlaya bilər. Eyni zamanda elə şərait yaradar ki, Ermənistana İran yanacağının girişi çox çətin mümkün olar.

Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanda Rusiyanın hərbi bazası var. Kollektiv Təhlükəsizlik Şurasının üzvü olan Ermənistanın bu təşkilat qarşısında müəyyən öhdəlikləri var.

Ermənistanın Rusiyadan asılılıq bəndlərini səhərə qədər saymaq olar. Belə olduğu təqdirdə Aİ ermənilərin nəyinə yaraşır? Avropa İttifaqının belə bir Ermənistan nəyinə lazımdır? İdeoloji asılılıqdan başqa heç nəyinə.

Ermənilər Avropadan ən yaxşı halda demokratiyanın inkişafını əldə edə bilərlər. Hə bir də müəyyən texnologiyanı da əlavə etmək olar. Təbii ki, Avropa İttifaqı Ermənistanın Azərbaycana qalib gəlməsi üçün barmağını da tərpətməyəcək. İrəvan Avropaya Rusiya Federasiyasına qarşı siyasi müharibədə lazımdır. Həm də Qərbin geosiyasi maraqları üçün Ermənistan Avropaya lazımdır.

Rəsmi Moskvanın Ermənistan və Aİ arasındakı müqavilənin detalları barədə məlumatlı olub-olmadığı bilinmir. Amma bir şey aydındır ki, əgər müqavilə Rusiyanın maraqlarına ziddirsə, sənəd imzalanmayacaq. Çünki Kreml belə istəyir.

Ermənistanın xarici siyasətdə çoxvektorlu siyasət kursu cəhd olaraq qalır və qalacaq. Bu cəhd isə sadəcə daxili auditoriyaya hesablanıb və ölkənin geydirmə və dırnaqarası müstəqilliyini nümayiş etdirmək, əhalini sakitləşdirmək üçün nəzərdə tutulub. Rəsmi İrəvanın real siyasəti isə hakimiyyətə Rusiyanın dediklərindən bir addım da kənara çıxmağa imkan vermir. Bu isə təhlükəsizlik, maliyyə-iqtisadi nöqteyi-nəzərindən erməniləri razı salır.

Qeyd edək ki, Ermənistan Rusiya və Qərb üçün sadəcə qarşı tərəfə geosiyasi təzyiq vasitəsinin subyekti kimi lazımdır. Ermənistan Rusiya hökumətindən üz döndərə, daha dəqiq desək, rusların “qucağından dura” bilməz. Ermənistan Avropa ilə Moskvanın icazə verdiyi həddə qədər yaxınlaşa bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button