Dünya

Rusiyadan gedən miqrantların sayı da rekorda çatıb

Rəsmi rəqəmlərə görə 2022-ci ilin yanvarından avqustunadək Rusiyaya 444 min miqrant gəlib, amma ölkəni 506 min miqrant tərk edib

2022-ci ilin səkkiz ayı ərzində Rusiyada Ermənistan, Qırğızıstan və Özbəkistandan gəlmiş miqrantların rekord sayda gedişi qeydə alınıb.

Bu barədə Rusiyanın dövlət statistika idarəsi – Rosstatın rəqəmlərini təhlil edən “Mojem obyasnit” saytı məlumat verib.

Rəsmi rəqəmlərə görə 2022-ci ilin yanvarından avqustunadək Rusiyaya 444 min miqrant gəlib, amma ölkəni 506 min miqrant tərk edib.

Beləliklə, Rusiyadan miqrant axını 62.5 min nəfərə çatıb. Ekspertlər deyirlər ki, belə bir hal hətta koronavirus pandemiyası dövründə də baş verməyib.

2020 və 2021-ci ildə Rusiyaya xaricdən müvafiq olaraq 212, 3 min və 68,8 min nəfər gəlmişdi.

Ukraynalılar daha çox gedirlər

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsindən əvvəl bu ölkəyə daha çox miqrant gəlirdi.

2021-ci ilin nəticələrinə görə Rusiyaya gələn ukraynalılar saylarına görə ikinci yerdə idilər.

Həmin dövrdə Ukraynadan Rusiyaya 34,6 min nəfər gəlmişdi. Bu, yalnız Tacikistandan gələnlərdən (49,2 min nəfər) az idi.

İndi isə, ekspertlərin dediyinə görə ukraynalılar da bütün başqa miqrantlar kimi Rusiyadan qaçırlar.

Son 8 ayda Rusiyanı 8.5 min ukraynalı tərk edib.

Rusiyadan gedənlərin arasında birincilik Ermənistan miqrantlarındadır.

Tacikistanlılar Qazaxıstana gedirlər

Bu ilin 8 ayında Rusiyanı 15,7 min ermənistanlı, 14 min qırğızıstanlı və 13,7 min özbəkistanlı tərk edib.

Yalnız Tacikistandan Rusiyaya gələnlərin sayı gedənlərin sayından az olub.

Bu da qeyd olunur ki, Rusiyadakı daxili iqtisadi vəziyyət və Ukraynaya qarşı müharibəyə görə taciklər indi iş yerlərini Rusiyada yox, başqa ölkələrdə, məsələn Qazaxıstanda axtarırlar.

Onlar bildirirlər ki, miqrantların Qazaxıstanda qazancları Rusiyadakından az olsa da, burada özlərini daha təhlükəsiz hiss edirlər.

Qazaxıstanda Tacikistandan olan miqrantların dəqiq sayı məlum deyil, amma Tacikistanın Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin 2022-ci ilin iyununa olan məlumatına görə bu rəqəm 10,5 min nəfər idi.

Lakin diaspora nümayəndələri bu rəqəmin qat-qat çox olduğunu deyirlər.

Putin nə istəyir?

24 saat” “
Rusiyadan gedən miqrantların sayı da rekorda çatıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Səudiyyə Ərəbistanı elan etdi! Yaşıl Yaxın Şərq Təşəbbüsünə 2,5 milyard dollar dəstək

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button