2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyalı hərbçinin dəhşətli etirafı: Uşaqları səs-küy saldıqlarına görə öldürdüm -(VİDEO)

Gümrüdə bir ailənin yeddi üzvünü qətlə yetirən Rusiyanın 102-cü hərbi bazasının qulluqçusu Valeri Permyakov cinayəti hansı səbəbdən törətdiyini açıqlayıb. ANS PRESS-in məlumatına görə, Permyakov uşaqları səs-küyə görə öldürüb. O, məhkəmədə “Səs-küty idi, uşaqlar ağlayırdı, küçədə itlər hürürdü. Ona görə öldürdüm ki, bu səs-küy qurtarsın” – deyə açıqlama verib. Bununlada Permyakov bir daha günahını boynuna alıb.
Rusiyalı hərbi qulluqçu Valeri Permyakov 7 nəfərin, o cümlədən iki azyaşlı uşağın qətlində günahkar bilinir. Onu məhkəməsi hərbi bazanın ərazisində keçirilir.
6 nəfərdən ibarət Avetisyan ailəsi, o cümlədən 2 yaşlı qız uşağı 12 yanvar 2015-ci ildə öldürülüb. hadisə zamanı xəsarət alan 6 aylıq oğlan uşağı isə bir həftə sonra xəstəxanada dünyasını dəyişib.
Permyakov cinayəti törətdiyi gün Türkiyə ilə sərhəddə saxlanılıb. Məhkəmə prosesi 2015-ci ilin avqustunda başlayıb.
Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirib. Aksiyalar zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button