2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyalı nümayəndə Laçın yolu ilə bağlı BMT-dəki müzakirələrdən yazıb

Rusiyalı nümayəndənin sözlərinə görə, bu məsələ onların təkliflərinin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya olunub

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Laçın dəhlizi ətrafında baş verən hadisələrlə bağlı BMT Təhlükəsizlik Şurasında (TŞ) müzakirəyə çıxarılan sənədin qəbul olunmamsına münasibət bildirib.

Polyanski dekabrın 31-də özünün teleqram kanalında yazıb ki, “Yerevanın tələbi ilə bu proses Təhlükəsizlik Şurasının digər üzvlərinin düzəlişlərini nəzərə alaraq bizim təkliflərimizin böyük əksəriyyətinə məhəl qoymayan fransızlar tərəfindən koordinasiya edilib”. “Parisin bu cür üsullarının natəmizliyi göz qabağındadır”, – o vurğulayıb.

Əvvəldən bu məsələdə konstruktiv işləmək əzminində olduqlarını vurğulayan Polyanski yazıb ki, qərb ölkələrindən fərqli olaraq Rusiya Dağlıq Qarabağ, o cümlədən Laçın dəhlizi ətrafında münaqişənin həlli ilə sözdə deyil, əməldə məşğul olur.

“Qərbliləri münaqişə vəziyyətinin həllindən daha çox Təhlükəsizlik Şurasının hansısa məhsulunu qəbul etmək narahat edirdi…”açıqlamada bildirilir

Dimitri Polyanskinin yazdığına görə, mövcud gərginlikdən asılı olmayaraq, həm Bakı, həm də Yerevan tərəfindən dəstəklənən ən yüksək səviyyədə dörd birgə bəyanat normallaşma üçün əsas olaraq qalır.

O, paylaşdığı açıqlamada Ermənistanın maraqlı tərəflərin geosiyası oyunlara çəkilməsinə imkan verilməyəcəyinə inanmaq istədiyini bildirib.

“Mən şəxsən həqiqətən inanmaq istəyirəm ki, bizim erməni dostlarımız SSRİ-də bir yerdə yaşamış qardaş xalqları hər hansı bəhanələrlə sıxışdırmaqdan çəkinməyənləri razı salmaq üçün özlərinin vicdansız geosiyasi oyunlarına cəlb olunmasına imkan verməyəcəklər…”-Dmitri Polyanski vurğölayıb.

Azərbaycanın Beliçka və Lüksenburqdakı səfiri Vaqif Sadıqov Laçın yolu ilə bağlı sənədin qəbul olunmamasını Fransanın növbəti dəfə Azərbaycana məğlub olması kimi qiymətləndirib. Diplomat dekabrın 30-da paylaşdığı tvittində bu məsələdə Azərbaycana dəstək olan ölkələrə təşşəkkür edib.

“Bu gün Fransa BMT Təhlükəsizlik Şurasında BMT Təhlükəsizlik Şurasının Laçınla bağlı qərəzli ermənipərəst bəyanatını irəli sürmək cəhdi nəticəsində Azərbaycana növbəti döyüşdə məğlub oldu və bu, BMT TŞ-nin digər üzvlərinin kəskin reaksiyasına səbəb oldu. Albaniya, Rusiya, BƏƏ və Böyük Britaniyaya təşəkkürlər! Azərbaycan diplomatlarının əla işi!”-səfir tvitterdə yazıb.

Xatırlama

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirirlər.

Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və “humanitar böhran” yaratmaqda ittiham edir.

Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırır.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button