2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiyalı oliqarxlar Ukrayna müharibəsindən narahat olublar

Rusiyalı biznesmen Oleq Tinkov martın 6-da bəyan edib ki, daha milyarder deyil, sanksiyalar ucbatından xeyli pul itirib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyalı oliqarxlar Rusiyanın Ukraynaya qarşı davam edən işğalından narahatlıq dilə gətiriblər. Bu arada Qərb ölkələri Kremlə yaxın oliqarxlara sanksiyalar tətbiq etməkdədir.

Prezident Vladimir Putinlə sıx əlaqələri ilə tanınan oliqarx Oleq Deripaska martın 7-də Twitter-də yazıb ki, Ukraynada müharibə mümkün qədər tez dayandırılmalıdır.

“Bütün dünya fərqli olacaq”

“Bizə mümkün qədər tez sülh gərəkdir, çünki qayıdış mümkün olmayan nöqtəni keçmişik… Bütün dünya fərqli olacaq, Rusiya da fərqli olacaq”, – Deripaska yazıb.

Martın 7-də başqa bir rusiyalı maqnat Vladimir Lisin Novolipetsk şəhərində polad zavodunun (NLMK) işçilərinə bəyanatında deyib ki, Ukraynada itirilmiş həyatlar faciədir, bunu əsaslandırmaq çətindir.

NLMK-nin sədri və əsas səhmdarı olan Lisin münaqişənin həllindən ötrü dinc diplomatik səylər aparmağa çağırıb, müharibənin tezliklə dayandırılacağına ümidini bildirib.

Daha milyarder deyil…

Digər zəngin rusiyalı biznesmen Oleq Tinkov martın 6-da bəyan edib ki, daha milyarder deyil, sanksiyalar ucbatından xeyli pul itirib. O, jurnalistlərdən ona “oliqarx” deməməyi xahiş edib.

Ötən həftə Tinkov və digər üç rusiyalı maqnat – Mixail Fridman, Pyotr AvenAleksey Mordaşov münaqişəni dayandırmağa çağırıblar. Onlar da Qərbin sanksiyaları altındadır.

Martın 10-da Kanadanın Baş naziri Castin Trüdo 10 rusiyalıya sanksiya açıqlayıb, onların Ukraynanın “əsaslandırılmayan” işğalı ilə “əlbir olduqlarını” deyib.

Siyahıda indiki və keçmiş hökumət rəsmiləri, oliqarxlar, Rusiya rəhbəliyinin tərəfdarları var.

Trüdo deyib ki, sanksiya tətbiq olunan şəxslər Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının tərtib etdiyi siyahıdan seçilib.

24 saat” “
Rusiyalı oliqarxlar Ukrayna müharibəsindən narahat olublar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button