2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyalılar “Google”da ölkədən çıxma yolları axtarır

Yayımlandı: 21 Sentyabr 2022 17:41

Putinin qərarından sonra ölkə vətəndaşları başqa yollar axtarmağa başlayıb

Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-də qismən səfərbərlik elan etməsindən sonra rusiyalılar “Google” axtarış sistemində daha çox ölkədən necə çıxmaqla bağlı axtarışlar ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Eyni zamanda, vizasız ölkələrə getməyin yolları, aviabiletlər, quru sərhədlərinin açıq olub- olmaması və s. axtarışlar da aparıblar.

Sentyabrın 21-də saat 12:00 və 15:00 (4 saat) aralığında “ruslar üçün vizasız ölkələr”, “Moskva İstanbul biletləri”, “Moskva Bakı bileti”, “Soçi Batumi paromu”, “Batumidə iş”, “Batumidə növbəti 1 həftədə havanın vəziyyəti”, “Batumidə ev kirayəsi”, “bilet satışı şirkətləri”, “Onlayn turagentlik”, “Moskva İstanbul reysi”, “Minsk İstanbul reysi”, “Moskva Daşkənd reysi”, “hazırda Rusiyadan haralara getmək mümkündür” və s.

Azərbaycanla bağlı axtarışlara gəlincə, daha çox “Samara Bakı bileti”, “Bakıya getmək üçün viza tələb edilirmi?”, “Azərbaycan hava şirkətləri”, “Azərbaycana necə getmək olar?” kimi məlumatlar axtarışa verilib.

Bundan başqa, axtarışı aparılan məlumatlar arasında qonşu ölkə Ermənistana getməyin yolları və reyslər barədə də axtarışlar edilib.

Rusiyanın paytaxtı Moskva şəhərindən qonşu ölkələrin paytaxtlarına təyyarə biletləri sürətlə tükənib.

Səbəb Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan etməsidir.

Oktyabrın ortalarınadək Tbilisiyə, Bakıya və Yerevana olan biletlərin əksəriyyəti bitib.

Tbilisiyə birbaşa reys olmasa da, başqa ölkələrdən tranzit olan uçuşlar da qalmayıb.

Vladimir Putinin qismən səfərbərliklə bağlı imzaladığı sərəncamda bildirilir ki, bu qərar Rusiyanın suverenliyinin və bütövlüyünün qorunub saxlanılması məqsədilə verilib.

Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Prezident çıxışı zamanı Rusiyanın nüvə silahından istifadə ehtimalı ilə bağlı da xəbərdarlıq edib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button