2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyalılar Severodonetski tutmaq üzrədir

Britaniyanın Müdafiə naziri Ben Vallas isə iyunun 1-də deyib ki, Ukraynaya yaylım atəşi sistemləri göndəriləcək. M270 sistemləri 80 km-dək hədəfi vurmağa qadirdir

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 2-də Rusiya əsgərləri Ukraynanın şərqindəki Severodonetsk şəhərini ələ keçirməyə daha da yaxınlaşıblar. Britaniya isə ABŞ və Almaniyaya qoşularaq Ukraynanın Rusiyadan müdafiə olunması üçün qabaqcıl silah sistemləri göndərəcəyini açıqlayıb.

Moskvanın Ukraynanın şərqində əsas hədəfi olan Severodonetsk sənaye habının 80 faizi artıq Rusiyanın nəzarətindədir, vilayət hərbi administrasiyasının başçısı Sergey Qayday deyib.

“Küçə döyüşləri davam edir”, – Telegram-da yazan Qayday Ukrayna qüvvələrinin “Severodonetsk uğrunda sonadək vuruşacağını” sözlərinə əlavə edib.

Fəal müqavimət var, amma…

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Oleksandr Motuzianik də Severodonetskdə küçə döyüşləri getdiyini, Rusiyanın şəhər mərkəzinə çatdığını, “Ukrayna silahlı qüvvələrinin onlara fəal müqavimət göstərdiyini” bildirib.

Qaydayın sözlərinə görə, şəhərdəki kimya zavoduna dinc sakinlər sığınıb, hakimiyyət orada təhlükəli materialların ola biləcəyindən narahatdır.

Britaniyanın Müdafiə Nazirliyinin iyunun 2-də yaydığı kəşfiyyat bülletenində Severodonetskin böyük hissəsinin Rusiyanın nəzarətinə keçdiyi təsdiqlənir.

Qurum bildirir ki, şəhərə gedən əsas yol Ukraynanın nəzarətində “ola bilər”, amma rusiyalılar ağır artilleriyanın köməyilə ciddi irəliləyiş əldə edirlər.

Prezident Volodimir Zelenski bir daha ölkənin şərqində vəziyyətin “çox çətin” olduğunu, günə 60-100 əsgərin öldürüldüyünü, 500 əsgərin yaralandığını deyib.

“Qısa taktiki fasilə” götürülə bilər

Britaniya kəşfiyyatı isə xəbərdarlıq edir ki, gərgin hücumda böyük itki verən rusiyalılar Donetskdə əlavə hücumlara hazırlaşmaq üçün “azından qısa taktiki fasilə” verməlidir. Ukraynalılar Donetsk vilayətində müdafiə mövqeləri qurublar.

ABŞ-ın Ukraynaya HIMARS artilleriya raket sistemləri vermək qərarından sonra Almaniya və Britaniya da oxşar bəyanatlar səsləndiriblər.

Almaniya Kansleri Olaf Şolts Ukraynaya IRIS-T təyyarə əleyhinə raketlər göndərməyə boyun olub.

Britaniyanın Müdafiə naziri Ben Vallas isə iyunun 1-də deyib ki, Ukraynaya yaylım atəşi sistemləri göndəriləcək. M270 sistemləri 80 km-dək hədəfi vurmağa qadirdir.

Bu addımın ABŞ ilə “sıx koordinasiya” olunduğu vurğulanır. Britaniya Ukrayna əsgərlərinə uyğun təlim də keçiləcəyini bəyan edib.

Rusiyanın reaksiyası

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun iyunun 1-də dediyinə görə, Ukraynanın Qərbdən qabaqcl raket sistemləri istəməsi “bütün limitləri və ləyaqəti aşır”, “qərbi döyüşə çəkmək üçün birbaşa provokasiyadır”.

Lavrov yaylım atəşi sistemlərinin münaqişəni genişləndirmək riski yaratdığını vurğulayıb. “Sağlam qərb siyasətçiləri bu riskləri yaxşı anlayırlar”, – o bildirib.

Kremlin sözçüsü Dmitri Peskov isə daha öncə deyib ki, “ABŞ bilərəkdən və cidd-cəhdlə odu alovlandıdır”.

Onun sözlərinə görə, Kreml Zelenskinin yeni silahlarla Rusiya ərazisinin vurulmayacağı vədlərinə inanmır.

ABŞ Dövlət katibi Antoni Blinken isə ölkəsinin eskalasiya riski yaratması fikrini rədd edib.

“Ukraynaya hücum edən Rusiyadır, bunun əksi baş verməyib”, – Blinken vurğulayıb.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sərt sanksiyaları ilə üzləşib.

24 saat” “
Rusiyalılar Severodonetski tutmaq üzrədir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button