2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyalılara 9 may “hədiyyəsi” – “Öldürülən ukraynalıların qanı sizin əlinizdədir” – FOTOLAR

Mayın 9-da səhər tezdən Rusiya peyk telekanallarının televiziya proqramlarında müharibə əleyhinə bəyanatlar yer alıb. Eyni zamanda Rusiyanın Rutube video hostinqi və populyar lenta.ru saytı kiberhücuma məruz qalıb.

Bu barədə Meduza yazır.

Smart TV-də telekanalların və proqramların təsvirlərində belə yazı peyda olub: “Minlərlə ukraynalının və onların yüzlərlə öldürülmüş övladının qanı sizin əlinizdədir. Televiziya və hakimiyyət yalan danışır. Rədd olsun müharibə”.

Saytların yığılması Saytlarin yigilmasi

Hakerlər Youtub-un Rusiyadakı analoqu olan Rutube video xidmətinə də hücum ediblər, bundan sonra saytın fəaliyyəti dayandırılıb.

“Video hostinq güclü kiberhücuma məruz qalıb. İndi platformaya daxil olmaq mümkün deyil”, – Rutube mayın 9-da səhər bildirib.

Daha sonra hücumun lokallaşdırıldığı, təhlükəsizliyin təmin edilməsi istiqamətində iş aparıldığı bildirilib.

Eyni zamanda, Rusiyanın lenta.ru saytı da haker hücumu ilə üzləşib. Hakerlər müəyyən müddətə saytda Rusiyanın başladığı müharibənin əsl məqsədləri ilə bağlı məqalə yerləşdirərək, insanları müharidə əleyhinə çıxmağa çağırıblar.

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button