2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Rusiyalıların əksəriyyəti korrupsiyaya görə Putini “məsul” sayır

Rusiyalıların üçdə ikisi inanır ki, dövlət rəsmiləri arasında kütləvi korrupsiyaya görə prezident Vladimir Putin “tamamilə” və ya “əhəmiyyətli dərəcədə” məsuliyyət daşıyır.

Martın 28-də Levada ictimai rəyi öyrənmə mərkəzinin keçirdiyi sorğuya görə rusiyalıların 79 faizi bu qənaətdədir ki, korrupsiya dövlət hakimiyyət orqanlarını “tamamailə yoluxdurub” və ya “əhəmiyyətli dərəcədə yoluxdurub”.

Saytların yığılması Saytlarin yigilmasi

Buna baxmayaraq, respondentlərin cəmi 6 faizi düşünür ki, Putin “bu və ya digər dərəcədə özünün də şəxsi maraqları olduğuna görə” korrupsiyaya qarşı ciddi mübarizə aparmayacaq.

Rəyi soruşulanların 74 faizi bidlirib ki, korrupsiyanın kökünü “tamamilə” və ya “əhəmiyyətli dərəcədə” kəsmək mümkün ola bilər. 21 faiz bu problemin həll oluna bilməyəcəyini bildirib.

Martın 26-da on minlərlə rusiyalı ölkə şəhərlərinin küçələrinə çıxaraq rəsmilərin rüsvayçı korrupsiyasına etiraz bildirmişdilər.

Bu etirazlardan bir həftə əvvəl antikorrupsiya fəalı Aleksey Navalnı baş nazir Dmitri Medvedevin korrupsiyası barədə iddialara dair geniş hesabat dərc etmişdi.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button