2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiyalıların 76 faizi konstitusiyaya dəyişikliklərə ‘hə’ deyib


Ümum-Rusiya İctimai Fikri Öyrənmə Mərkəzi (VTsIOM) iyunun 29-da rusiyalıların Konstitusiyaya dəyişikliklərə necə səs verməsilə bağlı sorğunun nəticələrini dərc edib. Dövlətin nəzarətində olan mərkəzin əməkdaşları vətəndaşları səsvermə məntəqələrindən çıxanda danışdırıb.

Mərkəz bildirir ki, rusiyalıların 76 faizi dəyişiklikləri dəstəkləyib. 23,6% dəyişikliklərin əleyhinə səs verdiyini, 0,6% bülletenləri korladığını deyib.

 

Saytların yığılması Saytlarin yigilmasi

“Yalnız tövsiyə verə bilərdik”

Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib ki, ekzit-poll nəticələrinin açıqlanması qanun pozuntusu deyil. “Təəssüf ki, bu məsələ bizdə qanunla tənzimlənmir, bunu qadağan edəsi rıçaqlarımız yoxdur. Bircə onu xahiş elədik ki, heç olmasa, səsvermə bitənədək ekzit-polların nəticələri açıqlanmasın. Ancaq bu zaman yalnız tövsiyə verə bilərdik”, – o deyib.

Politoloq Valeriy Solovey “MBX media”ya müsahibəsində deyib ki, Rusiya Prezident Administrasiyasının rəhbər müavini Sergei Kirienko Prezident Vladimir Putinə səsverməyə seçicilərin 65 faizinin gedəcəyi vədini verib. “Belə bir məqsəd qoyulub, 73-75 faiz isə “hə” deməlidir. VTsIOM –un, belə deyək, ekzit-poll nəticəsinə baxanda bu rəqəmlərə doğru gedildiyini görürük”, – o bildirib.

VTsIOM iyunun 18-də açıqladığı rəy sorğusunda bildirirdi ki, rusiyalıların 68 faizi səsverməyə getməyi planlaşdırır, 47 faizi bunu mütləq edəcək. “Nastoyasheye Vremya” yazır ki, adətən, VTsIOM -un seçkiqabağı sorğularının nəticələri səsvermədən sonra açıqlanan nəticələrlə üst-üstə düşür.

Levada-nın sorğusu

Müstəqil Levada Mərkəzinin fevralda keçirdiyi sorğu da seçicilərin 64 faizinin səsverməyə gedə biləcəyini göstərmişdi. Ancaq bu nəticə koronavirus pandemiyasından öncə ortaya qoyulmuşdu, yay tətilləri nəzərə alınmamışdı.

Səsvermənin baş tutması üçün seçici iştirakı 50 faizdən az olmamalıdır. Müstəqil ekspertlərin fikrincə, Rusiyada hakim orqanlar son həftələr referendumda iştirak göstəricilərini qaldırmağa çalışırlar, büdcə təşkilatları işçilərini vaxtından qabaq səs verməyə məcbur edirlər.

Konstitusiyaya dəyişikliklər üzrə səsvermə iyunun 25-dən başlanıb, rəsmi səsvermə tarixi isə iyulun 1-nə təyin olunub. Dəyişikliklərin ya lehinə, ya da əleyhinə səs vermək təklif olunur.

Dəyişikliklərə Vladimir Putinin əvvəlki prezidentlik müddətlərinin sıfırlanması, rus dilinin “xalqın dövlətformalaşdırma dili” statusunun möhkəmləndirilməsi, Konstitusiyaya Allah anlayışının salınması, nikahın yalnız kişi ilə qadının ittifaqı kimi təsdiqlənməsi daxildir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button