2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyalıların 80 faizindən çoxu əmanətlərini itiriblər

Yalnız 19 faiz respondent heç nə itirmədiyini deyib

Saytların yığılması Saytlarin yigilmasi

Fevraldan – Rusiya Ukraynaya təcavüzə başlayandan rusiyalıların 80 faizindən çoxu əmanətlərini tam, yaxud qismən itiriblər. Bu barədə “Forbes” “AlfaSığorta”nın keçirdiyi rəy sorğusuna istinadla yazır.

Respondentlərin 8 faizi təhlükəsizlik yastığından tamamilə məhrum olduğunu deyib. Hər beş respondentdən biri əmanətlərinin demək olar hamısını, 52 faizi isə kiçik hissəsini itirdiyini söyləyib.

Yalnız 19 faiz respondent heç nə itirmədiyini deyib.

Rəyi soruşulanların üçdə biri deyib ki, fevraldan onların gündəlik ehtiyaclara xərci 20-30 faiz artıb. Rusiyalıların üçdə birinin xərcləri 10 faiz çoxalıb. 15 faiz respondent isə xərclərinin yarıbayarı artdığını söyləyib.

Araşdırmada 18-60 yaşlı 1207 rusiyalı iştirak edib. Onların yarıdan çoxu – təxminən 60 faizi kənara pul qoya bildiyini etiraf edib. Ancaq 40 faizi üçün fevraldan bəri bu xeyli çətinləşib. Rəyi soruşulan hər beş nəfərdən biri fevraldan bəri pul yığmaq ideyasından daşınıb.

Rusiya Ukraynaya təcavüzə başlayandan Qərb ölkələri Moskvaya sərt sanksiyalar tətbiq ediblər. Sanksiyalar təkcə siyasilərə və bizneslərə deyil, sıravi rusiyalılara da təsir göstərib.

Mələsən, indi rusiyalılar xaricdə Rusiya banklarının kartlarından ödəniş, xarici internet-mağazalardan alış-veriş edə bilmirlər.

Bir sıra ölkələr Rusiya vətəndaşlarına viza verilməsini də məhdudlaşdırıb.

24 saat” “
Rusiyalıların 80 faizindən çoxu əmanətlərini itiriblər
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button