2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanı defolt qarşısında: nə baş verəcək?

Ukraynanın Kiyev vilayətindən geri çəkilməyə məcbur olan Rusiya ordusunun Buça, İrpen, Hostomel şəhərlərində dinc əhaliyə qarşı dəhşətli zorakılıq əməllərinin üzə çıxması Qərbin daha kəsərli sanksiyaları işə salmasına rəvac verib. 

Hazırda Rusiya gəmilərinin Qərb ölkələrinin limanlarına daxil olmasına, bu ölkəyə məxsus logistika şirkətlərinin Avropa məkanında hərəkət etməsinə qadağa qoyulması, eyni zamanda neft-qaz alışının kəskin azadılması barədə müzakirələr gedir. 

Ağ evin hazırladığı yeni qadağalar paketində isə maliyyə institutlarına yeni sanksiyalar, Rusiyada yeni investisiyaya qadağa, hökumət müəssisələrinə daha sərt sanksiyalar, Rusiyanın hökumət rəsmiləri və ailə üzvlərinə əlavə qadağalar nəzərdə tutulub. Rəsmi Vaşinqton bəyan edib ki, əsas məqsəd Ukraynaya təcavüz edən Rusiyanın iqtisadi, siyasi imkanlarını tükəndirməkdir. 

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin 5-də ABŞ Xəzinədarlığı Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb. Beləliklə, Rusiya həmin hesablardan nəinki öz ehtiyaclarının ödənməsi, həmçinin xarici borcların qaytarılması üçün də istifadə edə bilməyəcək.

Xatırladaq ki, müharibə başlayandan sonra Qərbin sərt sanksiyalarına baxmayaraq, ay ərzində ABŞ 5 dəfə bu ödənişlərin edilməsinə icazə verib. Sonuncu dəfə ötən cümə axşamı günü Rusiya ABŞ-dakı rezervlərinin 447 milyon dollarını suveren borclarını ödəmək üçün istifadə etmişdi. Lakin indidən sonra Moskva ABŞ banklarındakı ehtiyatlarına heç toxuna da bilməyəcək.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, aprelin 5-də Rusiya ABŞ banklarındakı ehtiyatlarından 552.4 milyon dollarını vaxtı çatmış borclarını ödəmək üçün yönləndirmək istəsə də, buna icazə verilməyib. Həmin gün həm də istiqrazlar üzrə 84 milyon dollarlıq kupon ödənişi olmalıydı ki, buna da imkan verilməyib. Beləliklə, ABŞ dondurulmuş vəsaitlərə Moskvanın çıxışını birdəfəlik dayandırıb. 

“Reuters” agentliyi yazır ki, bundan sonra Rusiyanın vəziyyəti daha da ağırlaşacaq: “Qərb Rusiyaya daha çox təzyiq göstərməyə çalışır ki, o, daxili valyuta rezervindən istifadə edərək, onu tükəndirmək məcburiyyətində qalsın. Əgər onlar buna nail olsalar, faktiki olaraq Rusiyanın həmin dollarlardan digər məqsədlər, yəni mahiyyət etibarilə müharibənin maliyyələşdirilməsi üçün istifadə etməsinin qarşısını alacaqlar”

Agentlik hesab edir ki, Rusiyanın artıq iki çıxış yolu qalır. Ya yarıdan çoxu müsadirə olunmuş 640 milyard dollarlıq valyuta rezervlərinin qalan hissəsindən xarici borclarını ödəməyə başlamalıdır ki, bu da həmin vəsaitləri tükəndirəcək, ya da defolta getməlidir. Çünki borcların Rusiya tərəfindən xarici valyutada deyil, rublla ödənməsi təklifi avtomatik borcun ödənilməsindən imtina anlamı daşıyır və defolt deməkdir.

Rusiya defolt olsa, nə baş verəcək? ABŞ-ın Şimali Dakota Universitetinin professoru Fariz Hüseynli Presklub.az-a bildirib defolt ölkələrin çox nadir hallarda atdığı addımdır, çünki təsiri uzunmüddətli və ağır olur:

“Rusiyanın borclarının çoxu rubldadı və daxildən borclanır. Təxminən 170 milyard dollar xaricə dollar borcu var, bunun çox böyük hissəsi özəl şirkətlərindir, cəmi 30-40 milyard dövlət borcudur. Yəni defolt olsa, yəqin tarixin ən böyük defoltlarından olacaq. Bunun əvəzində Rusiya xarici valyuta rezervlərini artırmağa nail olub. İşğal prosesində də ona güvənib, böyük ehtimalla. Amma indi bu rezervlərin böyük hissəsi dondurulub. Deməli, borcun dollar-avro ödəməsi üçün vaxtı gələndə hardansa dollar-avro alıb, ödəməlidir. Adətən borcların çoxunda 30 günlük əlavə müddət verilir və bəzilərində, ola bilsin, rubl ilə ödəmə imkanı olsun. Amma əksəriyyətini dollar ilə ödəməlidir”.

Professor qeyd edir ki, defolt olanda bir neçə istiqamətdə problem yaranır: 

“Birincisi, xarici investorlar beynəlxalq məhkəməyə verir ölkəni və borcun ödənilməsi prosesi başlayır. Rusiya ilə bağlı, ola bilsin, bu imkan olmasın, çünki bəzi xarici borclarda suveren immunitetdən imtina etməyib, yəni “borcumuzu ödəməsək, bizi məhkəməyə vermə haqqı vermirik” deyiblər. Amma yenə də investorlar beynəlxalq məhkəmə qurulmasına nail ola bilər. Hakim də deyə bilər ki, Rusiyanın bu borc müqabilində xaricdəki aktivləri müsadirə olunsun. Məsələn, Mərkəzi Bankın dondurulan aktivlərindən ödəmə edilə bilər. Yəni Rusiyaya dollar-avro verilməyəcək, amma ona aid olan və müsadirə olunan aktivlər borc ödənməsinə yönləndiriləcək.

İkincisi, bu məsələ həll olunana qədər Rusiyanın dövlət olaraq yenidən xarici valyutada borclanması mümkün olmayacaq. Məsələn, Agrentina 2001-də defoltdan 15 il sonra yenidən xarici valyutada borclana bildi. Beynəlxalq bazarlar defolt hallarını çox pis qarşılayır və Rusiyanın yenidən xaricdən borc ala bilmə imkanı azalacaq. Rusiya deyəndə mən əslində elə şirkətləri nəzərdə tuturam. Bu şirkətlərin isə dollara və avroya ehtiyacı var, çünki beynəlxalq şirkətlərdi və həm beynəlxalq maliyyə institutları ilə əlaqələr qurmalıdırlar, həm investisiya və ya idxal üçün dollar-avro ehtiyacını qarşılasın. Ola bilsin, bütün dondurulan aktivlərin hesabına borcların hamısı ödənə bilər. Yəni bondları əllərində tutan investorlar deyə bilər ki, bütün borclar dərhal ödənsin və bunun üçün də dondurulmuş aktivlərdən istifadə edilsin. Həmin şirkətlərin xaricdəki aktivləri də müsadirə oluna bilər”. 

Aprelin 5-də yaranan situasiyaya gəlincə, maliyyəçi xatırladır ki, Rusiya 650 milyon dollarlıq xarici valyutada borc ödəməsini edə bilməyib. “Dollar hesabları blok olduğuna görə rublla ödəmə etmək istəyib, ancaq qarşı tərəfin müxbir hesabı bunu qəbul etməyib”, – iqtisadçı qeyd edib. 

F.Hüseynli əlavə edir ki, ödəmələr gecikəndə normalda bir ay müddət verilir: “Ödəmə olmasa, məhkəmə yolu açılır. Rusiya deyə bilər ki, rubl ödəyirik, götürmürlər. Amma bu, məntiqli deyil, çünki borc anlaşmaları demir ki, rublla olar. İkincisi, Rusiya deyər, valyutamız var, amma blokdadı, blok açılsın, ödəyək. Bu halda baxır, hakim necə qərar verəcək. Böyük ehtimalla, Rusiyanın əleyhinə qərar versə, deməli, borcu alacaqlar. Rusiyaya isə gələcəkdə borc verilməsinin qarşısını ala bilən blok qoydura bilərlər. Həm də xaricdəki vəsaitlər müsadirə edilə bilər. Qarşıdan gələn ödəmələr, əsasən şirkətlərin ödəmələri də belə olacaq. Məhkəmə onların xaricdəki əmlaklarını müsadirə edə bilər. Ümid edirəm, Putinin hakimiyyəti dövründə Rusiya bir daha dollar və avro üzü görməyəcək”.

Turqut

24 saat” “Rusiyanı defolt qarşısında: nə baş verəcək?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button