Gündəm

Rusiyanı hökumət əleyhinə mitinqlər bürüdü CANLI

Martın 26-da Rusiyanın, paytaxt Moskva da daxil olmaqla, 100-dək şəhərində korrupsiya əleyhinə mitinqlər keçirilib. Aksiyaların çoxu hökumət orqanları ilə razılaşdırılmayıb.

Mitinqlər müxalifət fəalı Aleksandr Navalnının təşəbbüsü ilə keirilir. Navalnı bu təşəbbüslə baş nazir Medvedevin korrupsiyaya yol verdiyinə dair bu yaxınlarda yaydığı araşdırmadan sonra çıxış edib.

[youtube www.youtube.com/watch?v=I2FhmpoHMiQ?feature=oembed&w=500&h=281%5D

Polis və təhlükəsizlik qüvvələri Moskva və bir çox başqa şəhərlərdə askiyaların qarşısını almağa çalışıb, həbslər həyata keçirilib.

Moskvadakı mitinqdə Navalnının özü də saxlanılıb. .

Vladivastokda keçirilən mitinqdə mindən çox adam iştirak edib. Polis 40 aksiyaçını saxlayıb.

Novosibirskdə keçirilən aksiya isə icazəli olub. Yerli medianın məlumatına görə, bu aksiyada iki mindən çox adam iştirak edib. Müxalifət fəalı Aleksandr Navalny telefonla aksiyaçılara müraciət edib.

Pskov şəhəri, 26 mart 2017

Pskov şəhəri, 26 mart 2017

Tomskda, İrkutskda, Çelyabnskda və Krosnayarskda da yüzlərlə adam küçələrə çıxıb.

24saat.org

MƏNBƏ

Etiketlər
Daha çox

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Close
Close