2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Rusiyanı neft bazarından çıxarmaq mümkündürmü?

ABŞ Rusiyadan neft, neft məhsulları və təbii qaz idxalına embarqo tətbiq edib. Qərarı martın 8-də prezident Cozef Bayden açıqlayıb.

Ukraynaya total hərbi təcavüz fonunda qoyulan sanksiyanı şərh edən iqtisadçı Rövşən Ağayev yazır ki, ABŞ-ın neft idxalında Rusiyanın 3 faiz payı var: “Avropanın neft tələbatının ödənməsində isə Rusiyanın rolu 20 faizdən az deyil. Hətta Niderland və Almaniya neftin 25 faizə yaxınını Rusiyadan alırlar. Bununla belə, Avropanın Rusiya neftinə alternativ tapmaq imkanları təbii qazla müqayisədə daha realdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qlobal neft bazarından izolyasiya Rusiya iqtisadiyyatı üçün ağır sanksiya ola bilər. Çünki ölkənin resurs gəlirlərinin əsas hissəsi məhz neftdən formalaşır. Qazın qiymətinin daha yüksək olduğu 2021-ci ildə belə Rusiyanın 250 milyard dollarlıq resurs gəlirlərinin 75 faizi xam neft və neft məhsullarının payına düşüb”.

Ekspert əlavə edir ki, Qərb koalisiyasının Venesuela və İranın neft bazarına qaytarılması variantlarını nəzərdən keçirməsi, Kanadanın illik istehsalı 50 milyon tona qədər artırmaq imkanı olması barədə açıqlama Rusiya neftindən imtina üçün real şanslar yaradır: “ABŞ-ın şist neft istehsalını gündəlik 1,5 milyon barrel artırmaq potensialı da nəzərə alınsa, yaxın 6-8 ayda dünya bazarına əlavə olaraq gündəlik 5 milyon barrel neft çıxarmaq mümkündür. Bu isə Rusiyanın dünya bazarından sıxışdırılması planlanan bütün neft həcmini kompensasiya etməyə yetərlidir.

Lakin təbii qazda vəziyyət fərqlidir. Ən optimist ekspertlər Rusiyadan qaz asılılığına son verilməsi üçün Avropaya minimum 3 il gərək olduğunu düşünürlər”.

24 saat” “Rusiyanı neft bazarından çıxarmaq mümkündürmü?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button