Loading...
Loading...
SEÇMƏ

Rusiyanı tərk edən jurnalist: “Navalnı dedi ki, axmaqlıq etmə, getməlisən”

Yayımlandı: 6 Sentyabr 2022 12:32

Albats “xarici agentlər” siyahısına salındığı üçün ölkəni tərk edib

“The New Times” qəzetinin baş redaktoru Yevgeniya Albats Rusiyanı tərk edib.

Bu barədə baş redaktor “YouTube” kanalında danışıb.

“Niyə bu təklifi qəbul etdim? Məni “xarici agent” elan etdilər və məlum oldu ki, həbsimə üç-dörd həftə qalıb. Aleksey Navalnı ilə məsləhətləşdim. Alyoşa mənə dedi ki, Jenya, axmaqlıq etmə, getməlisən, heç kim sənin həbs olunmağını istəmir. Təəssüf ki, bu, doğrudur”, – deyə Albats bildirib.

Jurnalistin sözlərinə görə, o, hazırda Nyu Yorkdadır və yerli universitetlərdən birində dərs deyəcək.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Yevgeniya Albats və “The New Times” saytı müharibə haqqında dərc etdiyi məlumatlara görə dörd dəfə cərimələnib.

Sayt Rusiyada bloklanıb və Albatsın özü də “xarici agentlər” siyahısına salınıb.

1958-ci ildə Moskvada anadan olan Y.Albats 1980-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

O, karyerasına “İzvestiya” qəzetinin bazar əlavəsi olan həftəlik “Nedelya” qəzetində elmi jurnalist kimi başlayıb.

1986-1992-ci illərdə Moskva xəbərləri qəzetində köşə yazarı işləyib.

1993-2000-ci illərdə Rusiya Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

1996-cı ildə Harvard Universitetində magistr dərəcəsini bitirib.

2010-cu ildə o, Rusiya müxalifətinin “Putin getməlidir” müraciətini imzalayıb.

Meydan TV

Gözdən qaçırmayın:  Təqaüdü kəsildiyi üçün özünü yandıran qazi vəfat edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button