2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın 400 “Vaqner” döyüşçüsü əbədi “Bakılı” oldu

Ötən həftə Krasnodar vilayətinin Qoryaçiy Klyuç şəhərinin yaxınlığında Bakinskaya stanitsasında “Vaqner” özəl hərbi kompaniyasının Ukraynada həlak olmuş bir qrup muzdlu döyüşçüsünün dəfni keçirilib. Şəhər bələdiyyəsi buna qarşı çıxış etsə də, mərasimə mane ola bilməyib.

Bələdiyyə sədri Sergey Belopolski “Vaqner” döyüşçülərinin məzarlığının çox sürətlə böyüdüyünü deyir. O, kurort şəhərinin kütləvi məzarlığa çevrilməsindən narazıdır.  

Buna cavab olaraq, “Vaqner”in təsisçisi Yevgeni Priqojin Qoryaçiy Klyuçun rəhbərliyini hədələyib. O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə və Baş prokuror İqor Krasnova məsələni yoluna qoymaq tələbi ilə müraciət edib. 

Saytların yığılması Saytlarin yigilmasi

Nəticədə dəfn mərasimi təyin olunmuş yerdə baş tutub. “Vaqner”in itkilərinin sayı elan edilmir. Amma bu, özəl kompaniyanın Ukrayna ilə müharibədə itkilərinin yalnız bir hissədir. Priqojin qeyd edib ki, Bakinskaya stanitsasında o döyüşçülər dəfn edilir ki, onlar, öldürüləcəkləri təqdirdə harada basdırılmaq istədiklərini göstərməyiblər.

Şahidlər isə stanitsada yeni məzarların sayının artıq 400-ü keçdiyini söyləyirlər. Onların aralarında lap gənc “uşaqlar”, nisbətən yaşlı döyüşçülər də var. Əksəriyyətinin ölüm tarixi 2023-çü ilin yanvar, fevral, mart aylarıdır. 


Krasnodar vilayətində Bakinskaya stanitsası 1864-cü ildə salınıb və çar Rusiyasının 153-cü Bakı piyada alayın şərəfinə belə adlandırılıb. 

The post Rusiyanın 400 “Vaqner” döyüşçüsü əbədi “Bakılı” oldu appeared first on 24 saat.

24 saat” “Rusiyanın 400 “Vaqner” döyüşçüsü əbədi “Bakılı” oldu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button