2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın 5 regionu başsız qaldı – Gözlənilməz istefalar

Mayın 10-da bir-birinin ardınca Rusiyanın beş regionunun rəhbəri istefa verib və onlar daha bir müddətə namizədliklərini irəli sürməyəcəklərini bəyan ediblər.

TASS xəbər verir ki, onlar Tomsk, Kirov, Saratov Ryazan vilayətlərinin və Mari El Respublikasının qubernatorlarıdır. Rusiya Prezidenti Vladimir Putin beş regiona müvəqqəti rəhbərlər təyin edib.

“Rosstat”ın rəhbəri Pavel Malkov Ryazan vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Əvvəllər rayonun rəhbəri Nikolay Lyubimov olub.

Saytların yığılması Saytlarin yigilmasi

Saratov vilayətinin qubernatoru vəzifəsinin müvəqqəti icrası Roman Busarginə tapşırılıb. O, Valeri Radaevi əvəzləyib.

Kremlin referenti Aleksandr Sokolov Kirov vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. Ondan əvvəl regionun rəhbəri vəzifəsini İqor Vasilyev tutmuşdu.

Əvvəllər Kremlin daxili siyasət departamentinin rəis müavini olmuş Vladimir Mazur Tomsk vilayətinin qubernatoru vəzifəsinə təyin edilib. O, Sergey Jvaçkini əvəz edəcək.

Mari Elin rəhbəri səlahiyyətlərini Yuri Zaytsev icra edəcək. Bundan əvvəl bölgəyə Aleksandr Yevstifeyev rəhbərlik edirdi.

Hələlik bu istefaların arxasında nə dayandığı bilinmir.

24 saat” “Rusiyanın 5 regionu başsız qaldı – Gözlənilməz istefalar” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button