2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Rusiyanın 78 təyyarəsi xarici ölkələrdə həbs olunub

Xaricdə lisenziyalanmış təyyarələri olan şirkətlərə Belarus xaric, başqa ölkələrə olan bütün reyslərin ləğv edilməsini tövsiyə edib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın nəqliyyat naziri Vitali Savelyev bildirib ki, Ukraynaya müdaxilə ilə bağlı qoyulan sanksiyalara görə Rusiyaya məxsus 78 təyyarə xarici ölkələrdə həbs olunub.

Savelyev martın 22-də Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurasına deyib ki, ölkədə qeydiyyatdan keçmiş aviasiya şirkətlərinə məxsus 800 təyyarə olub və bunlardan 515-i beynəlxalq şirkətlərin lisenziyasındadır.

Rusiya millət vəkilləri xarici lisenziyada olan təyyarələrin yerli qeydiyyata alınması barədə qanun qəbul etsələr də, bir çox hava şirkətləri beynəlxalq partnyorları ilə münasibətlərinin pozulmaması üçün bunu etməyə həvəs göstərmirlər.

Savelyevin sözlərinə görə 22 ölkənin 30-dan çox hava şirkəti ağır sanksiyalara baxmayaraq Rusiyaya uçuşları davam etdirir.

Belarusdan başqa

Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu ilə bağlı Moskvanın üzərinə qoyulmuş sanksiyalara habelə bu ölkəyə təyyarə ehtiyat hissələrinin və xidmətlərin ixracının qadağanı daxildir.

Martın 5-də Rusiyanın hava nəqliyyatı agentliyi – Rosaviasiya xaricdə lisenziyalanmış təyyarələri olan şirkətlərə təyyarələrinin həbs edilməsindən yayınmaq üçün Belarus xaric, başqa ölkələrə olan bütün reyslərin ləğv edilməsini tövsiyə etmişdi.

Lakin Rusiya təyyarələrinin Boeing və Airbus daxil bütün təyyarələri xarici istehsallıdır və Bermud adalarında, ya da İrlandiyada qeydiyyatdan keçib.

Amma həmin ölkələr Rusiya təyyarələrinin sertifikasiya prosesini dayandırıblar.

24 saat” “
Rusiyanın 78 təyyarəsi xarici ölkələrdə həbs olunub
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button