2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat bərpa edilir

ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi Rusiyanın ötən il ABŞ-dakı prezident seçkisinə iddia olunan müdaxiləsi ilə bağlı təhqiqatı bərpa edəcək.

Təhqiqat komitənin sədri Devin Nunsun işdən uzaqlaşdırılmasından sonra dayandırılmışdı.

Saytların yığılması Saytlarin yigilmasi

Komitə elan edib ki, Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru James Komi və Milli Təhlükəsizik Agentliyinin rəhbəri Mayk Rocers aprelin 25-də qapalı dinləməyə çağırılıb.

Devin Nuns

Devin Nuns

Komitənin, həmçinin Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) direktoru Con Brennan, keçmiş Milli Kəşfiyyat Direktoru Ceyms Klapper, keçmiş baş prokuror müavini Salli Yeytsi mayın əvvəlində açıq iclaslara cəlb etmək planları var.

Nuns aprelin 6-da təhqiqatdan kənarlaşıb. Səbəb ona Ağ evdən bəzi məlumatları düzgün əldə etməməsi ilə bağlı irəli sürülən ittihamlardır.

Demokratlar Nunsu prezident Donald Trampın keçid komandasında rol oynadığına görə tənqid edib.

Rusiya ABŞ seçkilərinə müdaxilə etmədiyini bildirir.

Amma ABŞ kəşfiyyat rəsmiləri yanvarda bildiriblər ki, Rusiya prezidenti Vladimir Putinin demokratların namizədi Hillari Klintonun zərərinə seçki kampaniyasına müdaxilə edilməsinə göstəriş verdiyinə inanır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button