2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın ABŞ seçkisinə müdaxiləsinə dair iki məxfi sənəd aşkar edilib

“The Guardian” yazır ki, Rusiya hökumətinin və Vladimir Putinin nəzarətində olan analitik mərkəzin 2016-cı ildə ABŞ prezident seçkilərinə müdaxilə hazırladığı üzə çıxıb.
Hazırda iş başında olan 3 və istefada olan 4 ABŞ rəsmisi Reuters agentliyinə bildiriblər ki, Moskvada mənzillənmiş Starateji Tədqiqatlar İnstutunda hazırlanmış iki məxfi sənəddə ABŞ seçkisini Trump-ın xeyrinə əymək və amerikalı seçicilərin öz ölkələrinin seçki sisteminə inamını sarsıtmaq məqsədilə tövsiyələr verilir.
Bu da xəbər verilir ki, sözü gedən iki məxfi məktub Amerika xüsusi xidmətlərinin əlinə ABŞ seçkisindən sonra keçib.
Ötən iyunda yazılmış birinci məktub Rusiya hökumətinin ən yuxarı eşelonunda olan rəsmilər arasında yayılıb.
Bu məktubda Kremlə sosial media və Rusiya tərəfindən dəstəklənən qlobal xəbər qurumlarında Amerika seçicilərinin Rusiyaya münasibətdə daha yumşaq mövqe tutan namizədi dəstəkləməsinə sövq edilməsi tövsiyə olunurdu.
Oktyabr ayında hazırlanmış və Rusiya hökumət idarələrində dar çevrədə eyni qaydada dövriyyə etdirilmiş ikinci sənəddə bildirilirdi ki, ABŞ seçkisində Hillary Clinton qalib gələ bilər. Buna görə də həmin məktubda Trump-ın təbliğatını dayandırmaq, ABŞ seçki sisteminin leqallağı barədə şübhə yaratmaq, habelə Clinton-u gözdən salmaq tövsiyə olunurdu.
Hazırkı və keçmiş ABŞ rəsmiləri adlarının çəkilməməsi şərtilə danışıblar, çünki haqqında bəhs edilən iki sənəd “məxfi” qrifi daşıyır.
ABŞ xüsusi xidmətləri bu məktublar barədə hər hansı şərh verməkdən imtina ediblər.
“The Guardian” yazır ki, Putin ABŞ seçkisinə müdaxilə etdiyinə dair iddiaları rədd edir. Sözü gedən iki məktub barədə Rusiya Strateji Tədqiqatlar İnstitutuna və Kremlin sözçüsünə şərh üçün edilmiş müraciətlər cavabsız qalıb.
Məqalədə deyilir ki, məhz bu sənədlər Obama administrasiyasını, Rusiyanın ABŞ seçki kampaniyasına “saxta xəbər” və haker hücumu təşkil etdiyinə inandırmışdı.
“Putin qarşısına məqsəd qoymuşdu və instituta onun üçün yol xəritəsinin hazırlanması göstərişini vermişdi” – deyib keçmiş vəzifəli Amerika təhlükəsizlik rəsmisi.
Dörd Amerika rəsmisi bildiriblər ki, iyun ayında hazırlanmış məktub Putin administrasiyasının hələ 2016-cı ilin martından başlatdığı kampaniyanın genişləndirilməsini tövsiyə edirdi.
Məhz bu vaxtdan etibarən Kreml “Russia Today” və “Sputnik” xəbər agentlikləri də daxil dövlət beynəlxalq media qurumlarına Trump-ın namizədliyini qızğın dəstəkləmək komandası vermişdi.
“Russia Today” iddialar barədə sorğulara cavab verməyib, “Sputnik” isə onları “yalan yığını” adlandırıb.
“The Guardian” yazır ki, “Russia Today” və “Sputnik” ABŞ prezident seçkisinin kampaniyası zamanı anti-Clinton materialları dərc edir, Kremlyönlü blogerlər isə Clinton-un qələbəsinin ədalətli ola biləcəyini şübhə altına alan Twitter kampaniyası aparırdılar.
Məsələn, “Russia Today” Clinton barədə hazırladığı videoda iddia edirdi ki, Clintonlar xeyriyyəsinin bütün pulları ailə tərəfindən mənimsənilib.
5 ABŞ rəsmisi Rusiya Strateji Tədqiqatlar İnstitutunun Kremlin xarici siyasətini formalaşdıran qurum olduğunu bildiriblər.
“The Guardian” yazır ki, bu institutun direktoru Leonid Reşetnikov Rusiya xarici kəşfiyyatının sıralarında 33 illik xidməti ərzində general-leytenant rütbəsinə yüksəlmiş şəxsdir.
Reşetnikov ötən yanvarda istefaya getdikdən sonra, Putin onun yerinə Mixail Fradkovu təyin edib. Fradkov 2007-2016-cı illərdə Rusiya xarici kəşfiyyatına rəhbərlik edib.
Bill Gates: “Nüvə silahından böyük təhlükə” internetdə satılır
“The Daily Telegraph” Microsoft şirkətinin qurucusu Bill Gates-ə istinadən yazır ki, bioterror hücumu 30 milyon insanı bir dəfəyə məhv edə bilər.
Cənab Gates Londondakı Royal United Services İnstitutunda çıxışından əvvəl verdiyi müsahibədə deyib ki, ən ölümcül virusları tez bir zamanda yetişdirib yaymaq indi həmişə olduğundan daha asandır.
Microsoft şirkətinin banisi bildirib ki, insanın tənəffüs sistemi üçün ölümcül çiçək virusu (daha yüngül suçiçəyi virusu ilə qarışdırmamalı) kimi yoluxucular hətta nüvə hücumundan da təhlükəli ola bilər.
Bill Gates tərəfindən yaradılmış xeyriyyə fondu hazırda infeksiyaların tez bir zamanda aşkar olunması məqsədi güdən elmi araşdırmaları maliyyələşdirir.
O deyib ki, indi qlobal faciəni önləmək üçün xarici ölkələrə yoluxucu xəstəliklərin qarşısını almaqda kömək etmək son dərəcə mühüm işdir.
“Bioterrorçuluq pandemiyalardan daha böyük risk təşkil edir” – deyib Gates.
Cənab Gates-in fikrincə, biologiya elminin inkişafı terrorçuların çiçək virusu yetişdirməsini qat-qat asanlaşdırıb. Hazırda bu xəstəliyə qarşı səmərəli immunitet yoxdur.
Gates bildirib ki, belə bir virus 10 milyondan artıq insanın ölümünə səbəb ola bilər və bu, nüvə silahının törədə biləcəyi qırğından daha böyük rəqəmdir.
O alimlərin gəldiyi nəticəyə istinadən deyib ki, tənəffüs yolları vasitəsilə yayılan yoluxdurucu viruslar bir ildən də az müddətdə 30 milyon insanın həyatına son qoya builər.
Ötən il Nuffield Bioetika Şurası xəbərdarlıq etmişdi ki, “qaraj alimləri” genetik baxımdan modifikasiya edilmiş təhlükəli virusları ətraf mühitə yaymaq iqtidarındadırlar.
Şura bildirir ki, genetik redaktəyə imkan verən kimya vasitələrini internetdən 130 dollara almaq mümkündür.
Alimlərin fikrincə, “Crispr” adlanan avadanlıq o qədər ucuzdur ki, həvəskarlar onu asanlıqla əldə edib ev və ya məktəb laboratoriyası şəraitində işlədə bilərlər.
Bu avadanlıq DNT kodunu qayçı ilə kəsərək onun yeni genlərlə əvəzlənməsinə imkan verir.
Cihaz elmin son dərəcə inkişaf etdiyini göstərsə də, bədxah insanların əlində təhlükəli məqsədlərlə istifadə oluna bilər.
Məsələn, antibiotiklərə müqavimətli bağırsaq çöpünün yetişdirilməsi üçün avadanlığı hazırda internetdən almaq mümkündür.
Cənab Gates deyib ki, bu gün qlobal səfərlərin geniş imkanları gələcək pandemiyaların 1919-cu ildə yayılmış İspan qripindən daha təhlükəli miqyasda yayılmasına səbəb ola bilər.
İspan qripi 100 milyon insanın ölümünə səbəb olmuşdu.
Obama-nın qızına eşq elan edən həbs olunub
“The Mirror” yazır ki, keçmiş prezident Barack Obama-nın qızı Malia-nı qarabaqara izlədiyi deyilən gənc, qızın işlədiyi ofisdə həbs edilib.
“Ağ Ev stalkeri” kimi tanınan Jair Nilton Cardoso 18 yaşlı Malianın stajçı kimi işlədiyi Manhattan şirkətlərindən birinə keçmiş prezident qızına evlənmək təklif etmək üçün gəlibmiş.
Polis onu pleyerində ucadan musiqi çaldırmaqda və … prezident qızına evlənmək təklif etməkdə ittiham edib.
Həbs olunmuş şəxsi Malia-nın xüsusi xidmətlərdən olan iki cangüdəni müşayiət edib.
New York Daily News qəzetinin verdiyi xəbərə görə, 30 yaşlı Cordoso həbsindən iki gün əvvəl Malia-nın dalınca düşübmüş.
Məqələdə deyilir ki, Malia-nın cangüdənləri Cordoso-nu dərhal tanıyıblar, çünki o hələ Obamaların Ağ Evdə yaşadığı vaxtlarda Amerikanın bir nömrəli ofisinin həndəvərində dolaşırmış.
Bu da xəbər verilir ki, xüsus xidmət xəfiyyələri tərəfindən Malia-nın iş yerində həbs olunan Cordoso psixiatrik qiymətləndirmə üçün ruhi klinikaya aparılıb.
Xəfiyyələr ona qarşı rəsmi ittiham irəli sürüb-sürməmək barədə hələlik qərara gəlməyiblər.
Obamalar ailəsinə gəlincə isə, onlar Ağ Evi tərk etdikdən sonra Washington-nun dəbdəbəli Kalorama məhəlləsində yerləşən 6 milyon dollarlıq evə köçüblər.
Deyilənlərə görə, 9 yataq otağı olan bu böyük ev, Bill Clinton-un prezidentliyi dövründə Ağ Evin mətbuat katibi olmuş Joe Lockhart-a və onun xanımı Giovanna Gray Lockhart-a məxsus olub.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button