2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Rusiyanın acınacaqlı vəziyyəti rəqəmlərdə

Rövşən Ağayev

İdarəetmə baxımından 2 qonşu ölkənin tamamən eyni sistemə malik olduğunu deyənlər az deyil. Söhbət Rusiya və Azərbaycandan gedir.

Saytların yığılması Saytlarin yigilmasi

Amma cəmiyyət olaraq çox fundamental fərqlərimiz var. Bu fərqlərdən biri də odur ki, nəinki müstəqil, hətta hökumətdən maliyyə alan beyin mərkəzləri ölkənin ən azından iqtisadi problemlərini dilə gətirməkdən çəkinmirlər.

Belə institutlardan biri də Elmlər Akademiyasının İqtisadiyyat İnstitutudur. Qurumun son aylıq nəşrlərdindən birində (Вестник Института Экономики Российской Академии Наук) ölkənin durumu, dünya iqtisadiyyatındakı yeri ilə bağlı çox maraqlı rəqəmlər dilə gətirilib. Məsələn, qeyd edilir ki, əhalinin hər 100 000 nəfəri hesabı ilə əmək qabiliyyətli yaşında ölənlərin sayına görə Rusiyanın göstəricisi Qərbi Avropadan 3 dəfə yüksəkdir. Səhiyyə xərclərinin ÜDM-ə nisbətinə görə Rusiya Avropadan 2 dəfə, ABŞ-dan 3 dəfə geri qalır.

Rusiyada ən yoxsul 10%-in adambaşına gəlirləri ən zəngin 10%-lə müqayisədə 16 dəfə azdır, halbuki Qərb ölkələrində bu göstərici 5-6 dəfədən çox deyil.

Rusiya əhalisinin 60%-nin banklarda əmanəti yoxdur. Ölkədə özəl əmlakın 78%-i ən zəngin 1% əhali qrupuna məxsusdur, halbuki inkişaf etmiş Qərb ölkələrində bu göstərici 50% ətrafındadı.

Ölkədə ÜDM-nin 10%-ni oliqarxalara məxsus müəssisə və şirkətlər formalaşdırır.

Əhalinin 30%-nin real gəlirləri Sovet dövründə olandan aşağıdır. Son 30 ildə Rusiyanın iqtisadi potensialı 1.8 dəfə, inkişaf etmiş Qərb ölkələrinin potensialı 3.4 dəfə artıb.

Yüksək texnoloji məhsullar istehsalı baxımından Qərbə böyük hesabla uduzur. Məsələn, avia-kosmik sənaye məhsulları bazarında ABŞ 33.4%, Fransa 16%, Rusiya isə 0.9% paya malikdir. Elektron sənaye məhsulları bazarında Çin 28.3% ABŞ 8%, Rusiya isə 0.17% paya malikdir.

Farmakaloji məhsullar bazarında Almaniya 14.6%, İsveçrə 12.3%, Rusiya isə 0.1% paya malikdir.

Yazı müəllifin feysbuk səhofəsindən götürülüb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button