2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyanın ali müftisi bayram çıxışında ölkəsinin Ukraynaya təcavüzünü dəstəkləyib

Rusiyanın ali müftisi Talqat Tadjuddin Qurban bayramı münasibətilə Ufada keçirilən bayram xütbəsi zamanı Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni açıq şəkildə dəstəkləyib.

Saytların yığılması Saytlarin yigilmasi

O deyib ki, bunu sona qədər davam etdirmək lazımıdır ki, “bizim yanımızda faşistlər, parazitlər olmasın, çünki sonra dixlofos yetərli olmayacaq”.

Müftinin çıxışına “Nastoyashcheye vremya” diqqət çəkib. Hələ mart ayında Talqat Tadjuddin Ukraynadakı müharibəni dəstəkləyən çıxış edib, lakin sonra o, bütün dünya müsəlmanlarının sülhü dəstəklədiyini və “heç kimin müharibədən məmnun olmadığını” deyib. Sonra da “Ukraynada xüsusi hərbi əməliyyatın zəruri tədbir olduğunu” deyib. “Nastoyashcheye vremya” nın yazdığına görə, bu dəfə müftinin ritorikası daha sərt olub.

“Qonşuda hansısa parazitlər, ifrat millətçilərin və neonasistlərin dəstələri Donbass torpağında uzun müddət sistematik olaraq qardaş qırğınları və soyqırımları həyata keçirdikləri halda biz sakit yaşaya bilmərik, biganəlik qəbuledilməzdir”, – deyə TASS müftinin sözlərini sitat gətirib.

Müfti bu məsələdə Amerika Birləşmiş Ştatlarını ittiham edib. “Qərbin böyük birləşmiş dövlətimizə münasibətdə bu xain və paxıl ənənəsi, demək olar ki, hər əsrdə təkrarlanır.– deyə müfti iyulun 9-dakı çıxışında deyib.

Tadjuddin Rusiyanın yeganə dini lideridir ki, o, Rusiyanın qonşu Ukraynada apardığı müharibəni birbaşa dəstəkləyir.

Bundan əvvəl Böyük Britaniya və Kanada Rus Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirili müharibəni dəstəkləməkdə ittiham edərək, onu sanksiya siyahısına əlavə edib.

O, moizələrində rus hərbçilərinə haqq qazandıraraq Rusiyanın heç kimə hücum etmədiyini deyib, amma müharibəni birbaşa dəstəklədiyini deməyib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button