Now Reading:
RUSİYANIN ARGENTİNADAKI SƏFİRLİYİNDƏ 389 KİLOQRAM KOKAİN AŞKARLANIB

Az24.org saytı Associated Press-ə istinadən xəbər verir ki, Argentina hüquq-mühafizə orqanları Rusiyanın Buenos Ayres şəhərində yerləşən səfirliyindən 389 kiloqram kokain aşkarlayıb. Məlumatda bildirir ki, 12 çemodanda 360 bağlamada qablaşdırılan kokainin bazar qiyməti 50 milyon dollar olub.

Argentinanın Daxili İşlər naziri xanım Patrisia Bulliçin sözlərinə görə, kokain Avropa və Rusiyaya yollanmaq üçün hazırlanıb və onun daşınmasında iştirak etməli olan 5 nəfərdən biri səfirlik əməkdaşıdır. Həmin şəxslərdən bəzilərinin saxlanıldığı deyilir.

Məlumata görə, narkotikanın daşınmasında “diplomatik poçt”dan istifadə edilməsi nəzərdə tutulub.

Məlumatda daha sonra bildirilir ki, Argentina və Rusiya polisləri 2016-cı ildə səfrlik ərazisində yerləşən məktəbdə narkotika tapıldıqdan sonra birgə hərəkat barədə razılığa gəliblər.

Az24.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.