İqtisadiyyat

Rusiyanın başqa dörd şəhərindən də Türkiyəyə uçuşlar başlayır

Tamara Mustafayeva, Banco.az

Rusiyanın növbəti dörd şəhərindən də Türkiyəyə uçuşlar başlayır.

Banco.az türk mətbuatına istinadla bildirir ki, Rusiya hökuməti tərəfindən edilən açıqlamaya görə, 21 sentyabr tarixindən etibarən Pskov, Maqadan, Murmansk və Çita şəhərlərində yerləşən hava limanlarından da Türkiyəyə təyyarə səfərlərinin həyata keçirilməsinə dair qərar verilib.

Sözügedən şəhərlərdən həmçinin Misirə də uçuşların başlayacağına dair məlumatın qeyd olunduğu açıqlamada Rusiyanın İspaniya, Slokaviya, Keniya və İraqla təyyarə səfərlərini yenidən bərpa etməyə başlayacağı vurğulanıb.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Rusiya tərəfindən 15 apreldən etibarən Türkiyəyə tətbiq edilən uçuş məhdudiyyəti 22 iyunda başa çatmış, 2 aylıq fasilədən sonra rus turistlər yenidən Türkiyəyə səyahət edə bilmişdilər.

Instagram

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button