2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın ‘Cənubi Rus’ planı

“Sxemlər” aşkar edib ki, Vahid Rusiyanın aparıcı rəsmisi Roman Romanov ya bu sənədin müəllifidir, ya da onun yaradılmasında iştirak edib

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya hakim partiyasının aparıcı rəsmilərinin hazırladığı sənəddə Ukraynada işğal olunmuş bəzi vilayətlərdə “Cənubi Rus” adlı yeni “dövlət”in yaradılması çağırışı yer alıb.

Bu təklif haqda məlumatı AzadAvropa/AzadlıqRadiosu-nun Ukrayna xidmətinin “Sxemlər” araşdırmaçı layihəsi əldə edib. Bu arada Ukraynanın şərq və cənub regionlarında döyüşlər gedir, Rusiya qüvvələri çoxsaylı cəbhələrdə Ukraynanın sərt müqavimətilə üzləşiblər.

16 aprel tarixli sənəd

Bu məlumat Rusiya rəsmiləri Ukraynanın Donetsk və Luhansk vilayətlərində, eləcə də Xersonda referendum keçirmək niyyətlərini dilə gətirməsi fonunda yayılıb. Donetsklə Luhanskın bir hissəsi səkkiz ildir Rusiyanın dəstəklədiyi separatçıların nəzarətindədir.

Səsvermədə məqsəd isə 2014-cü ildə Krımda olduğu kimi, işğal olunmuş bu əraziləri Rusiyaya qanunsuz ilhaq etməkdir.

Fevralın 24-də Ukraynanın işğalına başlamazdan bir neçə gün öncə Prezident Vladimir Putin Rusiyanın Donetsklə Luhanskı müstəqil dövlətlər kimi tanıyacağını bildirib. Kiyev, dünyanın əksər hissəsi bu iddianı rədd edib.

“Sxemlər”in əldə etdiyi sənəd layihəsi “Cənubi Rusiya Xalq Şurasının Manifesti” adlanır, 16 aprel tarixlidir. Ancaq bu sənəddə “Cənubi Rus”un işğalda olan konkret hansı əraziləri əhatələyəcəyi açıqlanmır.

“Rus” 8-10-cu əsrlərdə Kiyevdəki krallıq tərəfindən idarə olunan, sonradan hakimiyyətin Moskvaya keçdiyi və sonucda Rusiyanın yaranmasına yol açan torpaqları nəzərdə tutur.

Sənəddə yazılanlar

Manifestdə deyilir ki, Ukrayna 2013-201-cü illərin Maydan inqilabı ilə legitimliyini itirib. Həmin inqilab rusiyapərəst prezident Viktor Yanukoviçin devrilməsilə nəticələnib. Rusiya bu inqilabı dövlət çevrilişi hesab edir, hökumətin “nasistlər” və “banderaçılar” tərəfindən ələ keçirildiyini iddia edir. Stepan Bandera 20-ci əsrdə Ukraynanın millətçi lideri olub.

Sənəd layihəsində deyilir ki, “keçmiş Ukrayna dövlətində nasizm və Bandera ideologiyasının totalitar tətbiqi və terror cavab olaraq, Cənubi Rusiya Xalq Şurası hakimiyyəti öz əlinə alaraq yeni Cənubi Rus dövlətini qurur”.

“Rus dili, eləcə də Ukrayna dialekti əsas dillər” kimi tanınır.

Putin və Kremlin digər aparıcı rəsmiləri indiyədək “Novorossiya”nın qurulmasından danışıblar. Bu konsepsiya tarixən əsasən Ukraynadan ibarət, 18-19-cu əsrlərdə Rusiya İmperiyasının tərkibində olan torpaqlara aiddir.

Romanov və Malofeyev

“Sxemlər” aşkar edib ki, Vahid Rusiyanın aparıcı rəsmisi Roman Romanov ya bu sənədin müəllifidir, ya da onun yaradılmasında iştirak edib. Kremlə bağlı Vahid Rusiya ölkə parlamentində, ölkənin siyasi həyatında üstünlüyə malikdir.

Anonim şəkildə danışan rəsmilərin sözlərinə görə, bu sənəd zəngin nə nüfuzlu rusiyalı biznesmen Konstantin Malofeyevin köməkçilərinə ötürülüb. Malofeyev illərlə Donbasdakı separatçıların maliyyələşdirilməsi və dəstəklənməsində əsas rol oynayıb.

O, 2014-cü ildə Krımın ilhaqındakı roluna görə ABŞ və Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalıb. Aprelin əvvəlində isə sanksiyalardan yayınmaqda təqsirli bilinib.

“Sxemlər” nə Romanovdan, nə də Vahid Rusiyanın baş katibi Andrey Turçakdan şərh ala bilib. Malofeyev isə manifestin müzakirəsindən imtina edib, jurnalistlərlə əlaqə saxlamadığını deyərək dəstəyi asıb.

Referendum planları

Meduza onlayn xəbər saytı ötən həftə xəbər verirdi ki, Kreml mayın 14-15-də Donetsk və Luhansk regionlarında iki referendum təşkil etməyi nəzərdən keçirir.

Meduza Xersonda da referendumun keçirilə biləcəyini yazırdı. Krımdan şimalda yerləşən bu vilayət qismən Rusiya qüvvələrinin işğalı altındadır.

24 saat” “
Rusiyanın ‘Cənubi Rus’ planı
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button