2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Rusiyanın desant gəmisinin vurulduğu bildirilir

Dekabrın 26-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Feodosiya limanına hücum edib.

Toplum TV xəbər verir ki, bu barədə ilhaq edilmiş Krımın rəhbəri Sergey Aksenov bildirib.

Ukrayna Hərbi Hava Qüvvələrinin komandanlığı da aviasiyası tərəfindən Feodosiya vilayətində Rusiyanın Qara Dəniz Donanmasının “Novoçerkassk” adlı iri desant gəmisinin partladıldığını açıqlayıb. 

Saytların yığılması Saytlarin yigilmasi

Ehtimallara görə, gəmi “Şahed” dronlarını İrandan Krıma daşıyırmış.

Feodosiyaya hücumla yanaşı, Ukrayna Hərbi Hava Qüvvələri dekabrın 26-na keçən gecə Rusiya hərbçilərinin cənub-şərqdən atdığı 19 drondan 13-nün məhv edildiyini bildirib. Dronların Odessa, Xerson, Nikolayev və Xmelnitski vilayətlərində vurulduğu qeyd edilib. 

Rusiya Müdafiə Nazirliyi Feodosiyada “Novoçerkassk” desant gəmisinin zədələndiyini təsdiq edib. 

Qurumdan bildirilib ki, döyüşlər zamanı atəş açan Ukraynaya məxsus iki ədəd Su-24 qırıcısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button