2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın Ermənistandakı aviasiyası gecə təlimləri keçirib

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı “Erebuni” hərbi bazasında gecə uçuşları keçirib. Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib.
“Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” hücum və “Mi-8MTŞ” nəqliyyat helikopterlərinin heyətləri  gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib”, – deyə Astafyev bildirib.
O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının  aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.
“Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir” – deyə Astafyev bildirib.
APA

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button