2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın Ermənistandakı bazasından əsgər qaçdı – SİLAHI İLƏ BİRLİKDƏ

Rusiyanın Ermənistanın Gümrü bölgəsində yerləşən 102 saylı hərbi bazasından hərbi qulluqçu qaçıb.

Hərbçinin özü ilə silahlını da götürdüyü deyilir.

Rus hərbi qulluqçusu iyulun 27-də yoxa çıxıb. Onun harada olduğu dəqiq bilinmir.

Saytların yığılması Saytlarin yigilmasi

Hərbi bazanın mənsub olduğu Rusiyanın Cənub Hərbi Dairəsindən də məsələ ilə bağlı açıqlama gəlməyib.

Hərbi dairənin mətbuat xidməti bu məlumatı nə təkzib, nə də təsdiq edə bilib.

Ermənistan polisinin informasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aşot Aqaronyan da hərbçinin silahını özü ilə bərabər götürdüyü xəbəri təsdiq etməyib.

Onun sözlərinə görə, Gümrüdə atəş səslərinin eşidildiyi xəbərləri də doğru deyil.

Aşot Aqaronyan armenpress.com-a verdiyi açıqlamada məsələ ilə bağlı royon polis idarəsinin 102 saylı hərbi bazaya sorğu göndərdiyini, lakin oradan hər hansı bir silahın və ya sursatın çıxarılmadığı cavabının verildiyini söyləyib.

Lragir.am polisin Rusiya hərbi bazasının rəhbərliyinin fərarilik hadisəsini inkar etmədiyni yazır.

Ermənistan mətbuatı 2015-ci ilin yanvarın 12-də rus əsgəri Valeri Permyakovun hərbi bazadan qaçaraq bir erməni ailəsini güllələməsini xatırlatmağı da unutmayıb.(musavat.com)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button