Bizim tərcümə

Rusiyanın geri çəkildiyi Xersonda bayram tədbirləri davam edir

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-15 15:06:40

Rusiya Müdafiə Nazirliyi noyabrın 11-də rus qoşunlarının Ukraynanın Xerson şəhərindən tamamilə geri çəkildiyini elan etdikdən sonra şəhərdə qələbə ab-havası hökm sürür. Təxminən 9 aya yaxındır Rusiya qüvvələrinin işğalı altında olan şəhərdə Ukrayna bayraqları ilə toplaşanlar şüarlar səsləndirib, mahnılar oxuyub, yürüşlər ediblər. Olena və Sergey Yahemçuk cütlüyü də şənliklərə qatılaraq, şəhərlərini işğaldan xilas etməkdən xoşbəxt olduqlarını bildiriblər. Rus qüvvələrinin işğalı ilə Xersonun xəyal şəhərə çevrildiyini, lakin Ukrayna ordusunun gəlməsini sədaqətlə gözlədiklərini söyləyən Yahemçuk cütlüyü, “Hər an həyata qayıtmalıyıq. Ruslar gələndə hamı qorxurdu, heç kim evdən çıxmırdı.Bizim onlara normal qaydada “salam” deməyimizi istəyirdilər, amma çox kobud davranırdılar.“Qondarma referendum keçiriləndə rus əsgərləri küçələrdə adamları tutub kağıza imza atdırırdılar. .Referendumda səs verənlərin heç biri Xerson vətəndaşı olmayıb.Ruslar referendumda səs vermək üçün Rusiyadan çoxlu adam gətiriblər.Sən silahı olan adama necə deyə bilərsən ki, səs verməkdən imtina edəcəklər?” ifadəsini işlədirdilər.

PARTILAMA SƏSİ

Saytların yığılması Saytlarin yigilmasi

Rusiya qüvvələrinin geri çəkilməsindən sonra 3 gündür bayram tədbirləri keçirilən şəhərdə hələ də partlayış səsləri eşidilir. İnfrastruktur obyektlərinin, binaların, yolların və körpülərin ciddi şəkildə zədələndiyi və ya yararsız hala düşdüyü Xersonda ukraynalılar da su, işıq və istilik problemi yaşayırlar. Bir çox insan telefonlarını doldurmaq və starlink vasitəsilə internetə qoşulmaq üçün şəhər mərkəzinə getməli olur.

ZELENSKİY HERSONDA

Ukrayna prezidenti Vladimir Zelenski dünən Rusiyanın geri çəkildiyi Xerson şəhərinə səfər edərək bölgə xalqına dəstək mesajları verib. Şəhər meydanındakı inzibati binanın qarşısında Ukrayna bayrağı qaldırıldıqdan sonra Ukrayna himni səsləndirilib. Əsgərlərə müraciət edən Zelenski bura gələn jurnalistlərin də əsgərlər kimi riskə getdiyini bildirib və “Xerson bölgəsində vəziyyət hələ də çox təhlükəlidir” deyib. “Hesab edirəm ki, burada insanlara dəstək olmaq və Xerson əhalisi haqqında danışmaq lazımdır”, – deyə Zelenski bildirib. “Biz elə etməliyik ki, təkcə danışmır, həqiqətən də qayıdırıq və bayrağımızı qaldırırıq”. NATO və müttəfiqlərinə təşəkkürünü bildirən Zelenski “Biz sülhə, bütün ölkə üçün sülhə hazırıq” deyib.

Rusiyanın geri çəkilmə qərarından sonra cümə günü şəhərə gələn ukraynalı əsgərlər ictimaiyyət tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button