2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Rusiyanın gözü Ukrayna ilə doyan deyil”


Ukrayna xarici işlər naziri Pavlo Klimkinin “The Guardian” qəzetində dərc edilmiş məqaləsində deyilir ki, Sovet İttifaqını bərpa etmək “Kremlin yeni xülyasına” çevrilib.

Nazir yazır ki, Rusiyanın motivlərini və Putin hökumətinin necə işlədiyini başa düşmək üçün üç məqam var.

Saytların yığılması Saytlarin yigilmasi
Putinin əynində Fotonun müəllifiDMITRY SEREBRYAKOV/AFP/GETTY IMAGES

Bunun birincisi Ruski mir – “Rus dünyası” deyilən Sovetdən qalma düşüncədir.

Bu düşüncənin mərkəzi dayağı Ukraynanın Böyük Rusiyanın bir parçası olduğu barədə konsepsiyadır.

Klimkin yazır ki, 1991-ci ildə ukraynalıların 92 faizi müstəqilliyə səs verəndə Rusiya çox zəif idi və səsini çıxara bilmirdi.

Lakin indi postsovet Rusiyası Ukraynanın üzərinə təzyiq göstərir. 2014-cü ildə isə xalq üsyanı Viktor Yanukoviçi devirəndə Moskva artıq buna dözə bilmədi. Krım ilhaq edildi və Rusiya, Klimkinin təbirincə deyilsə, “terrorçu və kriminalların qarışığı olan “Luqanks və Donetsk Xalq Respublikalarını” yaratdı”.

Nazir yazır ki, Rusiyanın iştahası Ukrayna ilə kifayətlənmir və Moskva artıq acgözlüklə başqa keçmiş sovet respublikalarına baxır, Avropanı qarışdırmağa, transatlantik alyansı pozmağa çalışır.

“Təsadüfi deyildir ki, Kreml 20-ci əsrin ən kütləvi qatillərindən biri olan Stalinin yeni heykəllərini sifariş edib” – yazır Klimkin.

Nazirin fikrincə, ikinci məqam çoxlarına tanış olmayan hibrid müharibədir. Bu müharibədə açıq təcavüz və yaxşı düşünülmüş təbliğatla, həqiqətin Rusiya versiyasına uyğun seçkilərin keçirilməsi əl-ələ gedir.

Klimkin yazır ki, Kremlin təbliğatı köhnə sovet təbliğatını xatırlatsa da, ondan daha təkmil, daha hiyləgərdir.

Məqalədə deyilir ki, Rusiyanın yaxşı maliyyələşdirilən Russia Today və ya RT kimi telekanalları mövcud dünya nizamını sual edirlər. Bu telekanallar Rusiyanın mövqeyini açıqlamır, Qərbi gözdən salmağa çalışırlar.

Nazir yazır ki, Rusiyanın hibrid müharibəsi telekanallarla kifayətlənmir. Kreml özünün Moskva və Peterburq ətrafındakı troll fabrikləri ilə sosial medianı “zəhərləyir”.

“Rusiyada yalan, sənaye miqyasına qaldırılıb” – yazır Klimkin.

Üçüncü məqam isə budur ki, Rusiyaya etibar etmək olmaz – deyilir məqalədə, – İstənilən diplomat bilir ki, Kreml yalnız zora hörmət edir və buna görə də onunla yalnız güc mövqeyindən danışılmalıdır”.

Məqalədə deyilir ki, Rusiya öz vədinə daim xilaf çıxır. 1994-cü ildə Ukrayna özünün nüvə silahından imtina edəndə, onun ərazi toxunulmazlığına dair sənədi ABŞ və Britaniya ilə yanaşı Rusiya da imzalamışdı. Rusiya bu sazişi – Budapeşt memorandumunu Krımı ilhaq etməklə pozdu.

Hazırda isə Rusiya Donbasdakı münaqişəyə son qoyacaq Minsk razılaşmasının bircə bəndinə də əməl etmir, yazır müəllif.

Ukrayna nazirinin sözlərinə görə, bu gün Rusiya 1945-ci ildən bəri Avropanın təhlükəsizliyinə və birliyinə ən böyük təhlükə təşkil edir.

Klimkin bu qənaətdədir ki, Kremlin özünü o yerə qoymamasına baxmayaraq, sanksiyalar Rusiyanı zəif salır.

“Qərb bu təhlükənin qarşısında birliyini qoruyub saxlamalı, gözünü qırpmamalıdır. O böyük britaniyalını – Winston Churchill-i xatırlayın. O, timsahı qorxusundan yemləyənlər haqqında demişdi: Onlar ümid edirlər ki, timsah onları lap axırda yeyəcək” – yazıb Klimkin.

 

(bbc azəri)



Source link

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button