2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyanın işğalı başlayandan bəri Ukraynada 437 uşaq həlak olub

Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri 437 uşaq həlak olub, 837-dən çoxu müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumatda vurğulanır ki, uşaqlar daha çox ölkənin Donetsk, Xarkov və Kiyev vilayətlərində zərər çəkib.

Həmçinin bildirilir ki, keçən müddət ərzində 2719 təhsil müəssisəsi bombalanmaya məruz qalıb ki, onlardan 332-si tamamilə dağıdılıb.

“Bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə yaradılması istiqamətində işlər davam etdirilir”, – Baş Prokurorluğun hesabatda deyilir.

Noyabrın 13-də BMT-nin açıqladığı məlumatına görə, Rusiyanın işğalı nəticəsində 408-i uşaq olmaqla 6557 mülki şəxs həlak olub. Təşkilat qeyd edir ki, şiddətli döyüşlərin davam etdiyi bəzi yerlərdə ölənlərin sayı xeyli çoxdur və bu məlumatların təsdiqlənməsi lazımdır.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button