Now Reading:
Rusiyanın istəyi ilə Azərbaycan və Ermənistan Çexiyaya qarşı çıxdı

Çexiyanın xarici işlər naziri Martin Stropnitski Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan və Rusiya səfirlərini Praqanın daxili işlərinə qarışmamağa çağırıb.

Bu barədə mәlumat Çexiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

2017-ci il dekabrın 22-də qeyd edilən ölkələrin səfirləri Praqada marşal Konevin abidəsi önünə yeni lövhənin yerləşdirilməsinin əleyhinə çıxıblar. Lövhədə qeyd olunur ki, marşal Konev 1945-ci ildə təkcə Praqanın azad edilməsində deyil, həmçinin 1956-cı ildə Macarıstanda və 1968-ci ildə Praqada üsyançı hərəkatların yatırılması əməliyyatlarında da iştirak edib.

Dekabrın 22-dә Rusiya sәfirliyinin tәlәbi ilә adı çәkilәn ölkәlәrin sәfirlәri birlikdә müraciәt imzalayıblar. Səfirlərin məktubunda bildirilir ki, yeni lövhə abidənin əhəmiyyətini aşağı salır və faşizmə qarşı mübarizədə həlak olanların xatirəsinə hörmətsizlikdir. M. Stropnitski adı çәkilәn ölkәlәrә müraciәtdә xatırladıb ki, heç bir ölkәnin Çexiya hakimiyyətinin bələdiyyə işlərinə qarışmağa hüququ yoxdur, abidə isə Praqanın prefekturalarından birinə məxsusdur: “Konevin abidəsinin taleyi Çexiya hakimiyyəti və vətəndaşlarının daxili işidir”.

O, ümid etdiyini bildirib ki, səfirlər bundan sonra qarşılıqlı münasibətlərin inkişafına xidmət etməyən mövzulara toxunmayacaqlar.

Azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.