2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Rusiyanın itkiləri sürətlə artır – RƏQƏMLƏR

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 25 650 hərbçisi zərərsizləşdirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bundan başqa, hücum edən tərəfin 1 145 ədəd tankı, 2 764 ədəd zirehli döyüş maşını, 513 ədəd artilleriya sistemi, 185 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 87 hava hücumundan müdafiə sistemi, 199 ədəd hərbi təyyarəsi, 158 ədəd helikopteri, 94 qanadlı raket, 1 970 ədəd nəqliyyat vasitəsi, 12 ədəd gəmi/kateri, 377 ədəd dronu və 41 ədəd xüsusi texnikası məhv edilib.

Son sutka ərzində Rusiyanın 10 hava hədəfi, o cümlədən 6 “Orlan-10” tipli politsuz uçuş aparatı (PUA), 1 “Forpost” tipli PUA və 3 qanadlı raketi vurulub. Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya hərbçilərinin 6 hücumu uğurla dəf edilib.

Rusiyanın 20 tankı, 1 artilleriya sistemi, 28 ədəd zirehli döyüş maşını, 1 xüsusi zirehli maşını və 5 avtomobil texnikası məhv edilib.

“Düşmən Donetsk və Luqansk vilayətlərinin ərazisinə və bu ərazilərlə işğal olunmuş Krım arasında olan quru dəhlizinə tam nəzarət etmək üçün Şərq Əməliyyat Zonasında hücum əməliyyatlarına ara vermədən davam edir. Ən böyük fəallıq Slobojanski və Donetsk istiqamətlərində müşahidə olunur.

Eyni zamanda, Ukraynanın bütün ərazisində raket zərbələri endirmə ehtimalı yüksək olaraq qalır”, – Baş Qərargahın məlumatında deyilir.

24 saat” “Rusiyanın itkiləri sürətlə artır – RƏQƏMLƏR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button