2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində aşkarlandı

Rusiyanın Hərbi Dəniz Donanmasının “Viktor Leonov” kəşfiyyat gəmisi ABŞ-ın şərq sahilində görünüb.

Publika.az xəbər verir ki, bu haqda ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığındakı mənbələrə istinadən “Fox News” telekanalı bildirib.

Hərbiçilərin məlumatına görə, gəmi Corciya ştatında Kinqs-Bey sualtı gəmilərin bazasından 37 kilometr cənubi-şərqə qeydə alınıb. Telekanalın mənbələri vurğulayıb ki, Rusiya gəmisi sahildən 22,2 kilometrdə başlanan ABŞ-ın ərazi sularına daxil olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Viktor Leonov” ötən ayın ortalarında da Konnektikut ştatında sualtı gəmilərin bazasının yaxınlığında qeydə alınıb. Qeyd edilir ki, gəmi keçən həftə havana limanında dayandıqdan sonra ABŞ-ın şərq sahilinə qayıdıb. Gəmi burada su, yemək və yanacaq ehtiyatları ilə təmin edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button