Now Reading:
Rusiyanın müdafiə naziri: “Qafqaz hər an Suriyaya çevrilə bilər”

Rusiyanın müdafiə naziri: “Qafqaz hər an Suriyaya çevrilə bilər”

“Dünyada, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet ölkələrində yeni hərbi münaqişələr yaranması ehtimalı qalır”.

Publika.az xəbər verir ki, bunu hərbi-elmi konfransda Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Dünyada vəziyyətin inkişafının analizi göstərir ki, ən yaxın perspektivdə hərbi münaqişələrin yaranması ehtimalı qalır. Suriyada olduğu kimi, belə böhran vəziyyətləri istənilən ölkədə, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqazın post-sovet dövlətlərində yarana bilər”, – o, deyib.
Onun sözlərinə görə, bu şəraitdə Rusiya müvafiq olaraq potensial təhlükələrə reaksiya verməyə məcburdur.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.