2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın müharibə metodu belədir… – 24 saat

Mənbə: CNN

Tərcümə: Novator 

ABŞ-ın CNN kanalının milli təhlükəsizlik məsələləri üzrə analitiki Piter Bergen Rusiyanın Ukraynanın Buça şəhərində törətdiyi vəhşilikləri şərh edib.

Saytların yığılması Saytlarin yigilmasi

Analitik bildirib ki, rus qoşunlarının Buça cinayətləri tükürpədicidir, ancaq təəccüblü deyil: “Rusiyanın son oniliklərdə Əfqanıstanda, Çeçenistanda, Suriyada necə müharibə apardığını gözünüzün qabağına gətirin. Həmin müharibələrdə Rusiya mülki əhaliyə divan tutub, dinc adamlara qarşı kütləvi qətliamlar həyata keçirib.

Ötən əsrdə Sovet İttifaqı Əfqanıstanda 9 il müharibə apardı. “Human Rayts Votç” təşkilatının hesabatına görə, o illərdə bir milyondan çox əfqan öldürülüb. Onların əksəri hava hücumlarının qurbanı olub. İtkin düşmüş on minlərlə insanın isə kütləvi qətliamlara qurban getdiyi aydınlaşıb”.

Piter Bergen vurğulayıb ki, Rusiyanın amansızlıqları sonrakı onillikdə də davam edib, eyni zamanda ölkənin öz ərazisində: “Rusiyanın insan haqları üzrə ekspertlərinin hesablamalarına görə, 1994-cü ildə Çeçenistan müharibəsi zamanı paytaxt Qroznıda təkcə iki ay ərzində 25 minə yaxın dinc sakin həlak olub.

“Human Rayts Votç” təşkilatının məlumatına görə, 1999-cu ilin dekabr ayının sonundan 2000-ci ilin yanvar ayının ortalarına qədər Çeçenistanda aparılan ikinci müharibə zamanı rus əsgərləri Qroznı şəhərində ən azı 38 mülki vətəndaşı qətlə yetiriblər. Təşkilatın hesabatında 2000-ci ilin fevral ayının 5-də rus hərbçilərinin ən azı 16 dinc sakini kütləvi şəkildə qətlə yetirdiyi qeyd olunub.

Beynəlxalq İnsan Hüquqları Federasiyasının məruzəsinə əsasən, 2000-ci ildə ruslar Çeçenistanda kütləvi edamlar, qətllər həyata keçirib, hərbi əməliyyatlara aidiyyəti olmayan insanlara işgəncələr verib, mülki əhaliyə hücumlar təşkil ediblər”.

Bir neçə illik fasilə ilə Çeçenistanda aparılan iki müharibə zamanı rusların vaxtilə 400 mindən çox əhalisi olan Qroznı şəhərini yerlə yeksan etdiyini xatırladan analitik vurğulayır: “BMT əbəs yerə Qroznını “Yer kürəsinin ən dağıdılmış şəhəri” adlandırmamışdı.

İnsan Hüquqları Müşahidə Qrupunun məlumatına görə, Suriyada son illərin vətəndaş müharibəsi zamanı rus ordusunun endirdiyi hava zərbələri nəticəsində 8700 nəfərə yaxın mülki şəxs həlak olub. Bəllidir ki, Rusiyanın müdaxiləsi olmasaydı, Suriya diktatoru Bəşər Əsəd vətəndaş müharibəsini hələ 2015-ci ildə uduzardı”.

Piter Bergen qeyd edib ki, bu vəhşilikləri təkcə Rusiyanın qanuni qoşun hissələri törətməyib: “Ötən il Avropa İttifaqı Rusiya ordusu və hökuməti ilə yaxın əlaqələrə malik, muzdlulardan ibarət qeyri-rəsmi hərbi birləşməyə – “Vaqner” qrupuna qarşı sanksiyalar tətbiq edib.

Avropa İttifaqı bəyan edib ki, bu sanksiyalara səbəb “Vaqner” qrupunun Liviya, Suriya və Mərkəzi Afrika Respublikasında yol verdiyi dəhşətli hüquq pozuntuları, o cümlədən məhkəmədənkənar edamlar, kütləvi qətliamlardır. Hazırda isə “Vaqner” qrupunun 1000 üzvünün artıq Ukraynada yerləşdirildiyi haqda məlumatlar mövcuddur”.

Piter Bergen vurğulayıb ki, Rusiya müharibəni həmişə mülki əhalini əzə-əzə aparıb, rusların müharibə metodu belədir. Ona görə də analitik Rusiyanın Ukrayna torpağında törətdiyi amansızlıqların tək Buça şəhəri ilə çərçivələnmədiyini və yaxın həftələrdə azad olunan başqa yaşayış məntəqələrində də oxşar mənzərələrin üzə çıxacağını güman etdiyini bildirib.

2014-cü ildə Ukraynanın Krım yarımadasını tam, Donbas bölgəsini qismən işğal edən Rusiya 2022-ci il fevralın 21-də bu ölkəyə qarşı yeni təcavüzə başlayıb, fevralın 24-dən isə orada total müharibə aparır.

Ukrayna xalqının və ordusunun güclü müqaviməti ilə üzləşmiş rus qoşunları martın sonlarında bəzi məntəqələrdən, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilmək məcburiyyətində qalıb. Azad edilən yaşayış məntəqələrində, xüsusilə Buça şəhərində rusların dinc ukraynalıları qətlə yetirdiyi bəlli olub, kütləvi məzarlıqlar aşkar edilib.

 

24 saat” “Rusiyanın müharibə metodu belədir… – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button