2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Texnologiya

Rusiyanın MWC 2022 sərgisində və GSMA-nın digər tədbirlərində iştirakına qadağa qoyulub

    Davam edən koronavirus pandemiyası səbəbilə məşhur MWC (Mobile World Congress) sərgisi 2020-2021-ci illərdə ənənəvi formatda keçirilməmişdi. Sözügedən sərginin təşkilatçısı olan GSMA öncədən xəbər vermişdi ki, bu il ənənəvi sərgi Barselonada öz qapılarını hamı üçün açacaq. Belə də oldu. Sərgi artıq bugün start götürüb. Lakin Ukraynada olan vəziyyət səbəbilə Avropanın bir çox ölkəsi Rusiyanın beynəlxalq tədbirlərdə iştirakına qadağa qoyub. Buna misal olaraq Avroviziya mahnı müsabiqəsini və ya Formula-1 yarışlarını gətirmək olar. GSMA isə rəsmi şəkildə elan edib ki, Rusiyanın MWC 2022 sərgisində və GSMA-nın bu ilki tədbirlərində iştirakına qadağa qoyur.

Saytların yığılması Saytlarin yigilmasi

    “GSMA assosiasiyası Rusiyanın Ukrayna ərazilərinə daxil olmasını pisləyir. Vəziyyət sürətlə dəyişir və biz başa düşürük ki, müxtəlif hökumətlər Rusiyaya qarşı daha geniş sanksiyaların tətbiq edilməsi imkanını nəzərdən keçirdirlər. Yaranmış bu vəziyyətlə və Ukraynada həlak olmuş insanların fonunda MWC əhəmiyyətsiz görünür. GSMA hökumətlərin bütün sanksiyalarına qoşulur və qeyd edir ki, yaranmış vəziyyət səbəbilə MWC 2022 sərgisində Rusiyaya aid pavilyon mövcud olmayacaq” – deyə GSMA qeyd edib. Həmrəylik əlaməti olaraq və Rusiyaya qarşı olan sanksiyaları dəstəkləyərək GSMA həmçinin MWC-də iştirak edən bəzi Rusiya şirkətlərini də qara siyahıya salıb.

24 saat” “Rusiyanın MWC 2022 sərgisində və GSMA-nın digər tədbirlərində iştirakına qadağa qoyulub” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button