Loading...
Loading...
Siyasət

Rusiyanın neft embarqosunu Liberiya bayrağı ilə pozduğu deyilir

Rusiyanın Sovcomflot şirkətinin neft tankerləri Qərb sanksiyalarına baxmayaraq Avropanın limanlarına daxil olur
Rusiyanın Sovcomflot (SCF) şirkətinin neft tankerləri Qərb sanksiyalarına baxmayaraq Avropanın limanlarına daxil olur.
Sovcomflot sanksiyalardan yan keçmək üçün Kipr və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iki törəmə şirkət qurub.
Sovcomflotun neft tankerləri isə Liberiya bayrağı altında üzürlər və onların təhlükəsizlik sertifikatları Hindistandan alınır.
Bu barədə məlumatı Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi – OCCRP və Reuters agentliyi veriblər.
OCCRP bu ilin may ayında Sovkomflotun sanksiyalara baxmayaraq hərəkətdə olan 18-dən çox tankerini müşahidə edib.
Bu da qeyd olunur ki, bu tankerlərdən hər biri 240 milyon dollarlıq neft daşıyır.
Vergi cənnəti” – Liberiya
OCCRP yazır ki, onun təhqiqatçıları Sovcomflot-un ABŞ, İtaliya, Danimarka və Niderlanda istiqamətlənən və ya bunların limanlarında lövbər salan 6 tankerini izləyə biliblər.
Təhqiqatçı jurnalistlər aşkar ediblər ki, Rusiya şirkəti sanksiyalardan yan keçmək üçün Kipr və BƏƏ-də törəmə firmalar açıb, onun tankerləri isə “vergi cənnəti” sayılan Liberiya bayrağı altında üzür.
Beynəlxalq siyasət və maliyyə üzrə ekspert Rikardo Soares deyir ki, Sovcomflot, beləliklə Rusiyanın kəskin ehtiyacı olan xarici valyutanı qazanmaqda davam edir.
Avropa İttifaqının mətbuat xidməti Sovcomflot tankerlərinin niyə hələ də Avropa limanlarına daxil ola bilməsi barədə suala cavab verməyib.
Sovcomflot şirkəti də sorğunu cavabsız qoyub.
Reuters agentliyi yazır ki, Rusiya üzərinə sanksiyalar qoyulandan bəri Qərb şirkətləri Sovcomflot-un neft tankerlərinə təhlükəsizlik şəhadətnaməsi verməkdən imtina ediblər.
Buna görə də indi Rusiya şirkəti sertifikasiyanı Dubayda açdığı törəmə firması vasitəsilə Hindistanda sənədləşdirir.
Hindistan sertifikatı
Hindistanın IRClass sertifikasiya şirkətinin məlumatına görə qurum Sovkomflotun 80-dən çox gəmisinə şəhadətnamə verib.
Bu sənəd gəmilərin təhlükəsizliyinə qarantiya verir. Bundan başqa həmin şəhadətnamə ilə gəmiləri sığorta etdirmək və Avropa limanlarına girişini təmin etmək mümkün olur.
Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra Avropa İttifaqıABŞ Rusiyanın ən böyük gəmiçilik şirkəti olan Sovcomflot-u da sanskiya siyahısına daxil edib.
Bu sanksiya ABŞ-da martın sonlarından, Avropa İttifaqında isə mayın ortalarından qüvvədədir.
Avropa İttifaqı iyunun əvvəllərində Rusiyaya qarşı sanksiyaların 6-cı paketini qəbul edib.
Avropa İttifaqı iyunun əvvəllərində Rusiyaya qarşı sanksiyaların 6-cı paketini qəbul edib.

Sovcomflot şirkətinin neft tankerlərindən biri

24 saat” “
Rusiyanın neft embarqosunu Liberiya bayrağı ilə pozduğu deyilir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Azərbaycan və Rusiya arasında yeni saziş imzalanıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button