Loading...
Loading...
iqtisadiyyatİqtisadiyyat

Rusiyanın neft gəlirlərini necə kəsməli – Qərb mediası

Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanı Ukrayna müharibəsinə görə cəzalandırmaq üçün iqtisadi sanksiyalara əl atırlar. Ancaq bu strategiyanın əsas elementi, Rusiyadan neft ixracına məhdudiyyət digər ölkələrdə sıravi sakinlərə daha çox əziyyət verir. Avropa ölkələri isə Rusiyanın neft gəlirlərini azaltmamaqla öz iqtisadiyyatlarına ciddi ziyan vururlar. Bu haqda “New York Times” qəzeti redaksiya məqaləsində yazır.

Fevralın 24-də Ukraynaya hücuma başlayan Rusiya Qərbin sanksiyaları ilə üzləşib. Ancaq qəzet qeyd edir ki, Ukraynaya kömək etmək istəyən ölkələr yanlış hədəflərə vururlar. Finlandiyada yerləşən Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin məlumatına görə, Rusiya daha az neft ixrac etsə də, daha çox qazanır. Belə ki, sanksiyalar ixracı azaltmaqdan çox, qiymətləri qaldırıb. 2022-ci ilin mayında Rusiya neft ixracından 883 milyon avro qazanıb. Bir il öncə bu rəqəm 633 milyon avro idi.

Neftin barreli 200 dolları keçə bilər

“Vəziyyət daha da pisləşə bilər. Avropa İttifaqı və Britaniyanın ilin sonunadək Rusiyaya tətbiq etməyə razılaşdığı yeni sanksiyalar neftin qiymətini daha da yüksəldə bilər. Bəzi təhlilçilər xəbərdarlıq edirlər ki, neftin barreli 200 dolları keçə bilər, halbuki, müharibənin ilk həftələrində neftin qiyməti 124 dollar civarında idi. Bu isə qərb iqtisadiyyatlarında resessiyaya səbəb olar”, – qəzet yazır.

Bayden administrasiyası böhrandan çıxış yolu kimi Rusiya nefti üçün maksimum qiymət təklif edir. Bu, bazar qiymətindən xeyli aşağı olmaqla Qərb istehlakçılarının Rusiya ordusunun maliyyələşdirilməsində rolunu kəskin azalda bilər. Ancaq qəzet Rusiyanın bu halda da müəyyən qazanc əldə edəcəyini yazır. Çünki plana daxil olan əsas iştirakçılar, o cümlədən Birləşmiş Ştatlar Rusiya neftinin idxalını yasaqlasa da, məsələn, Hindistan Rusiyadan böyük həcmdə neft idxal etməkdədir.

Bayden administrasiyası böhrandan çıxış yolu kimi Rusiya nefti üçün maksimum qiymət təklif edir. Bu, bazar qiymətindən xeyli aşağı olmaqla Qərb istehlakçılarının Rusiya ordusunun maliyyələşdirilməsində rolunu kəskin azalda bilər. Ancaq qəzet Rusiyanın bu halda da müəyyən qazanc əldə edəcəyini yazır. Çünki plana daxil olan əsas iştirakçılar, o cümlədən Birləşmiş Ştatlar Rusiya neftinin idxalını yasaqlasa da, məsələn, Hindistan Rusiyadan böyük həcmdə neft idxal etməkdədir.

Digər tərəfdən, bu karteli formalaşdırmaq da asan deyil. Hindistan və Çin kimi ölkələrin plana qoşulacağı halda, alıcı karteli möhkəmlənə bilər, ancaq bu heç də asan görünmür.

Heç karteli ayaqda saxlamaq da asan görünmür. Çünki iştirakçılar maksimum qiymət məsələsində aldadaraq qazanc götürə bilərlər, təyin olunmuş qiymətə nəzarət çətin məsələdir.

Gözdən qaçırmayın:  Mərkəzi Bank uçot dərəcəsini dəyişmədi

Rusiyanın təhdidi

Avropa İttifaqıBritaniya isə Rusiya neftini daşıyan tankların sığortalanmasına qadağa təklif edir.

Rusiya hökuməti plana boyun əyməyəcəyini desə də, təhlilçilərin fikrincə, kartel qurularsa, Moskva ya onun şərtlərini qəbul etməli olacaq, ya da neft hasilatının böyük hissəsi dayanacaq.

Ukrayna liderlərinin arqumentinə görə, onlara kömək etməyin ən yaxşı yolu Rusiya enerjisinə istənilən formada pul xərcləməkdən çəkinməkdir. Kartel isə bu alışı normallaşdırmış olur.

“New York Times” Rusiyanın enerji ixracatçısı kimi iqtisadi gücünü azaltmağın ən davamlı yolunu bu ölkənin enerji resurslarına tələbatı azaltmaqda görür.

24 saatRusiyanın neft gəlirlərini necə kəsməli – Qərb mediası” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button