2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Rusiyanın növbəti Qarabağ riyakarlığı

Yaxud, 20 faiz ərazini “Dostluq” ordeninə dəyişmək

Saytların yığılması Saytlarin yigilmasi

Fakt budur ki, Azərbaycanın 20 faiz ərazisi işğal altındadır. 25 ildir ki, bu münaqişə ədalətli həllini tapmır və tragikomediyaya çevrilmiş “sülh danışıqları” davam edir.

Amma bir fakt da var ki, bugünə qədər Avropa və ABŞ-dan Azərbaycanın ərazibütövlüyünü dəstəkləyən jestlər edilib. Avropa Parlamentinin, Almaniya Bundestaqının, BMT-nin, ABŞ Dövlət Departamentinin qətnamələrini misal göstərmək olar. Hətta ABŞ-ın 22 ştatı Xocalı soyqırımını tanıyıb. Bir müddət əvvəl  isə Minsk qrupunun Amerikalı həmsədri açıq şəkildə biıdirdi ki, Azərbaycanın ərazibütövlüyü təmin olunmalıdır.

Bütün bunlardan sonra isə Rusiyalı nazir Sergey Lovrov dilə gəldi və “Qərb istəsəydi, Qarabağ məsələsi çoxdan həllini tapmışdı” fikrini səsləndirdi. Bəli, Rusiya növbəti dəfə öz adını özgəsinə yapışdırmaq cəhdi etdi. Halbuki, Ermənistanın bugünə qədər təcavüzkar siyasəti davam etdirməsi, Rusiyanın birmənalı dəstəyi sayəsində mümkün olub. 25 ildir ki, Rusiya Ermənistana atalıq edir, hərbi, siyasi, maddi dəstəyini əsirgəmir. Bugünlərdə hər iki ölkənin ordularının birləşdirilməsini rəsmiyyətə çevirdilər. Onu da qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Azərbaycanlıların qanına susamış Zori Balayanı ordenlə təltif etdi və onu böyük qəhrəman kimi dəyərləndirdi. Yeri gəlmişkən, Rusiyanın müdafiə nazirinin müavini açıqlama verdi ki, bizim Qafqazda bir nömrəli müttəfiqimiz Ermənistandır. Sergey Lavrovun isə “Qarabağ Azərbaycanın daxili məsələsi deyil” bəyanatı isə dillərdə əzbərdi.

Demək istəyirik ki, Rusiya Ermənistana dəstəyini gizli şəkildə deyil, mümayişkaranə formada edib. Azərbaycanda balaca uşaq da bilir ki, Rusiya faktoru olmasa,  Ermənistan sülhün şərtlərinə dərhal əməl edər.

Amma bütün bunlara baxmayaraq Sergey Lovrov qırmızı-qırmızı ölkəsini məsum göstərməyə cəhd etdi və bu çox pis alındı.

Amma məsələnin başqa tərəfi də var və bu Lavrovun açıqlamasından daha absurd görünür.

Bəli, hökumət mediası Lovrovun bu sayıqlamasını həvəslə tirajlayır və ictimai rəyi anti-Qərb mövqeyinə kökləməyə çalışır. Təbii ki, bu açıqlamanı tirajlayanlar Lavrovun nağıl danışdığını bilir, sadəcə olaraq həmişəki kimi şəxsi maraqlar stratdadır. Hökumət üçün Qarabağın azadlığından çox, demokratiya tələb edənlərin gözdən düşməsi önəmlidir. Ona görə də bugünə qədər Lavrovun riyakar mövqeyinə münasibət bildirən tapılmayıb. Sanki, 20 faiz torpağı “Dostluq” ordenlərinə dəyişiblər və bu “alış-veriş”dən məmnundular. Bəli, fakt budur ki, hökumətin mövqeyi “düşmənin dostu ilə dost olmaq” prinsipinə uyğundur. Rusiya Azərbaycan məmurlarəna orden-medal, Ermənistana isə 20 faiz torpağın zəmanətini verib. Və Azərbaycan hökumətindən arxayın olduqlarına görə, Qarabağın qara düyününün günahını Qərbin üstünə atırlar.

Amma yuxarıda da qeyd etdiyimiz kimi bu “köpüklü açıqlama”nı heç kimə qəbul etdirmək mümkün deyil. Əksinə, hökumət bu rüsvayçı təbliğatla Qarabağa hansı qiyməti verdiyini bir daha təsdiqlədi.

İlham

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button