2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın potensial sınma nöqtəsi. ‘Onlar ruslara qarşı çıxa bilərlər’

İstefada olan general-mayor Klayv (Çip) Çəpmən (Clive (Chip) Chapman) onillərlə hərbi paraşütçü, səhra komandiri və təlimçi olub. O, Britaniya Müdafiə Nazirliyinin terrorizmə qarşı idarəsinin rəisi, habelə ABŞ Hərbi Komandanlığında Britaniyanın baş məsləhətçisi kimi xidmət edib.

Çəpmən operativ, taktiki və strateji təcrübəsi sayəsində Rusiyanın Ukraynada apardığı tammiqyaslı müharibə ilə bağlı ictimai şərh və təhlillər verə bilir.

Saytların yığılması Saytlarin yigilmasi

O, Rusiyanın Ukraynaya hücumunun birinci ildönümündə AzadlıqRadiosunun gürcü xidmətinə müsahibə verib. Müsahibədə Kremlin tükəndirmək strategiyasının işləyib işləməyəcəyindən, Moskvanın ərazi uğrunda “dərin döyüş” taktikası, ukraynalıların düşüncəsi, Ukraynanın müharibədə necə qalib gələ biləcəyi və Rusiyanın qonşularının “realizmi” haqda danışıb.

Çəpmənin keçmiş tələbəsi general Petr Pavel Çexiyanın prezidenti seçilib. Çəpmən hesab edir ki, bu həqiqətən də böyük hadisədir. “Çünki o, rusiyayönlü populistə qalib gəlib. (Redaktorun qeydi: Pavel səslərin 58%-ni toplayaraq 42%-lə ikinci olan milyarder və keçmiş baş nazir Andrey Babişə qalib gəlib. Martda onun inauqurasiyası olacaq.) …Bu, demokratiyanın diktaturaya qarşı hərəkət etməli olması faktını təsdiqləmək baxımından çox əhəmiyyətlidir.

…Əlbəttə, Pavel orduya qoşulanda Çexoslovakiya hələ Rusiyanın çəkmələri altında idi. Onun ilk təlimlərinin bir hissəsi spetsnazda (xüsusi təyinatlı qüvvələr) olub, çünki Çexoslovakiya parabatalyonunda xidmət edib…

…O bizim Ukraynanı tam dəstəkləməli olduğumuz [reallığı] təmsil edir və …bunu anlayan realistdir”, – Çəpmən bildirir.

General-mayor Çəpmən ötən il Rusiyanın məhz fevralın 24-də hücum edə biləcəyini dəqiqliklə proqnozlaşdırmışdı. O demişdi: “Birincisi havaya nəzarət, sonra… Ukraynanın hava sahəsini [ələ keçirərək] hava üstünlüyü əldə etməkdir”. İkinci və üçüncü addım kimi şok və sürpriz amilini qeyd etmişdi. Rusiya bunların hər birini sınaqdan keçirsə də, istədiyinə nail ola bilməyib. İndi isə bir çoxları iri hücumun labüd olduğunu deyirlər.

Çəpmən deyir ki, ruslar səddi qırmaq istədikləri yerlərdə lokal hava üstünlüyündən yararlanıb manevr kombinasiyasına cəhd edə bilərlər. Ancaq o ümumən hesab edir ki, onlar danışıqlarla atəşkəs əldə etmək üçün sadəcə Donbasda, Luhansk və Donetsk regionlarında “qapıları döyəcləməyə”, Ukraynanı yorub əldən salmağa, Qərbin siyasi iradəsini aşındırmağa çalışmağa davam edəcəklər.

“Bu işləməyəcək və buna müqavimət göstərməliyik. Çünki “sülh üçün torpaq” anlayışı sadəcə gələcəkdə Rusiyanın istədiyi vaxt istədiyi yerdə “dişlə və saxla” əməliyyatları aparmasına səbəb olacaq. Bu iki il də ola bilər, beş il də ola bilər.

Məncə, Rusiyaya ən yaxın olan, Rusiya ilə həmsərhəd ölkələrin realizmini məhz burada görə bilirsən. Bu, Finlandiyanın [Baş Naziri] Sanna Marinin realizmidir. O deyir ki, “Ukrayna qalib gəlməlidir, çünki əks halda biz gələcəkdə on illərlə bu növ davranışla üzləşməli olacağıq”. Bu, Estoniyanın [Baş naziri] Kaya Kallasın realizmidir. O deyir ki, xeyir şərə qalib gəlməlidir və biz … gələcək naminə bacardığımız qədər Ukraynanı dəstəkləməliyik. Buna görə də Estoniyanın ÜDM-nin 1%-i – və bu heyrətamiz rəqəmdir – Ukraynaya verilib. Yəni, problemin ən yaxınında olanlar anlayırlar ki, Ukraynanı dəstəkləmək həqiqətən vacibdir. Coğrafi baxımdan daha uzaqda olanlar bəzən bunu unudur”, – general-mayor deyir.

“Ancaq onlar dərin döyüşlərini davam etdirəcəklər. “Dərin döyüşlər” dedikdə, biri var Baxmut və Vuhledardakı təmas döyüşləri, biri də var rusların Ukrayna xalqının iradəsini qırmaq üçün enerji infrasrukturunu və sairəni məhv etməsi. Ancaq gördüyüm qədər, burada da uğur qazana bilmirlər. …“Sülh üçün torpaq vermirik” prinsipi, hətta rusdilli ukraynalıların arasında belə kompromisə getməmək prinsipinə dəstək …yüksək səviyyədə qalır. Yəni rusiyalıların tərəfindən bu, məhsuldar hərəkət deyil, ancaq hələ də onların strategiyasının bir hissəsidir”, – o söyləyir.

General qeyd edir ki, ABŞ kəşfiyyatının bir həftə öncə əldə etdiyi məlumata görə, döyüşə yeni qoşulan Rusiya əsgərlərinin təchizat və hazırlığı zəifdir:

“Mən nizami Rusiya ordusundan danışıram, Vaqner kimi muzdlu və dustaqlardan danışmıram”.

“Yüzminlərlə insanın səfərbər edilməsi özü-özlüyündə sizə qabiliyyət vermir. Əlbəttə ki, qabiliyyət bir çox şeyin toplusudur. Bura təlim, təchizat, əhval-ruhiyyə, logistika da daxildir. Tükəndirmək strategiyasında özünüzün on minlərlə əsgəriniz ölür və yaralanır. Bu strategiya ilə bağlı problem odur ki, bu əsgərləri əvəzləmək lazım gəlir. Xüsusən Rusiya Federasiyasının daxilində 22 qeyri-rus regionunun olduğunu nəzərə alaq. Bunlar potensial olaraq sınma nöqtəsi ola bilər. Onlar ruslara qarşı çıxa bilərlər. Bu da Rusiya Federasiyasını parçalaya bilər. Yəni, Putin ata biləcəyi addımlarda balans saxlamalıdır. Düşünmürəm ki, o bunsuz ötüşərək daha yüz minlərlə əsgər səfərbər etmək istəsin və buna çalışsın. Ancaq, əlbəttə, indiki vəziyyətdə güzəştə də getməyəcək. Onu güzəştə getməyə məcbur etməyin ən yaxşı yolu Ukraynaya avadanlıq verməkdir. Çünki onların əhvalı yüksəkdir və onlar uğur qazana bilərlər. Ukrayna perspektivindən baxsaq, silahlar daha yaxşı sülhün yoludur”, – o, sözlərinə əlavə edib.

Putin Rusiyanın hərbi rəhbərliyinə marta qədər Donetsk və Luhansk bölgələrini tamamilə ələ keçirmək əmri verib. General-mayor Çəpmən deyir ki, nəzəri baxımdan onların bunu bacarması ehtimalı aşağıdır. O bunu hava şəraiti və rusiyalıların hazırkı hazırlıq durumu da daxil olmaqla müxtəlif amillərlə əlaqələndirir. Ancaq o, yorucu münaqişənin hələ davam edəcəyini deyir.

“Ruslar kulminasiyaya çatacaqlarına şübhə edirəm. Bu, hərbi termindir və o deməkdir ki, Donetsk və Luhanskın hər ikisini ələ keçirmək məqsədinə çatmazdan öncə onların hücum gücü tükənəcək”, – deyən general bunun martın sonundan əvvəl baş verəcəyini əlavə edir.. “Bu vaxta qədər onlar öz [hərbi] kampaniyalarında vaxt baxımından [qarşılarına qoyduqları] məqsədlərin heç birinə nail olmayıblar”, – o vurğulayır.

24 saat” “
Rusiyanın potensial sınma nöqtəsi. ‘Onlar ruslara qarşı çıxa bilərlər’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button