2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Rusiyanın pulunu Ukraynanın bərpasına yönəltmək…

Rusiya mərkəzi bankının xaricdəki 300 milyard dollarlıq aktivi dondurulub, bunun yarıya qədəri qızıl və xarici valyuta ehtiyatlarıdır

Saytların yığılması Saytlarin yigilmasi

Avropa İttifaqının (Aİ) Xarici siyasət rəhbəri Jozep Borrel deyir ki, blok Rusiyanın dondurulmuş xarici valyuta ehtiyatlarını müsadirə etməyi, onlardan Ukraynada postmüharibə bərpa işində istifadəni nəzərdən keçirməlidir.

Borrel “Financial Times” qəzetinin mayın 9-da dərc etdiyi müsahibədə Vaşinqtonun Əfqanıstan mərkəzi bankının aktivləri ilə bağlı tədbirini yada salıb. Ötən il Əfqanıstanda Taliban silahlı qruplaşması hakimiyyətə gələndən sonra ölkənin mərkəzi bankının aktivləri dondurulub.

“Pul cibimizdədir”

Rusiyanın martda bildirdiyinə görə, müharibəylə əlaqədar mərkəzi bankın xaricdəki 300 milyard dollarlıq aktivi dondurulub, bunun yarıya qədəri qızıl və xarici valyuta ehtiyatlarıdır.

“Avropa Komissiyası bərpanın yüzmilyardlarla dollara başa gələ biləcəyini bildirib. Aİ paytaxtları Rusiyanın dondurulmuş xarici valyuta ehtiyatlarını müsadirə edərək müharibədən sonra Ukraynanın bərpasına yönəltməyi nəzərdən keçirməlidir”, – Borrel vurğulayıb.

“Pul cibimizdədir, kimsə mənə izah eləsin ki, niyə bu Əfqanıstanın pulu üçün yaxşı fikirdir, Rusiyanın pulu üçün yox”, – Borrel sözlərinə əlavə edib.

7 milyard dollar

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra ABŞ Prezidenti Co Bayden bu ölkənin mərkəzi bankının Nyu Yorkdakı Federal Ehtiyat Bankındakı 7 milyard dollarlıq aktivini dondurub.

Ağ ev fevralda bəyan edib ki, bu pulun yarısını humanitar yardıma xərcləməyi, digər hissəsini isə 2001-ci il 11 sentyabr hücumu ilə bağlı məhkəmə iddialarını təmin etmək üçün saxlamağı planlaşdırır.

Borrelin sözlərinə görə, belə bir addım Rusiyanın fevralın 24-də Ukraynaya qarşı səbəbsiz işğalına görə “müharibə kompensasiyası” ödəməyə məcbur etməyin yollarından biridir:

“Bu gün masadakı vacib siyasi suallardan biri budur: Ukraynanın bərpasına görə pulu kim verəcək?”

24 saat” “
Rusiyanın pulunu Ukraynanın bərpasına yönəltmək…
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button