2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Rusiyanın 'regional qoşun qrupu'nun ilk eşelonları Belarusa çatıb

Rusiyanın regional qoşunlar qrupuna daxil olan hərbçilərinin ilk eşelonu Belarusa gəlib. Bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, bu yerdəyişmə Birlik Dövlətinin sərhədlərinin mühafizəsi və müdafiəsi ilə bağlıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Oktyabrın 10-da Aleksandr Lukaşenka Vladimir Putinlə “birgə regional qoşun qrupunun yerləşdirilməsi” ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Bu barədə BelTA dövlət agentliyi Lukaşenkanın təhlükəsizlik məsələləri üzrə görüşünə istinadla məlumat yayıb. Qeyd olunur ki, belə bir razılaşma Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra əldə olunub. Bununla yanaşı, Moskva ilə Minks arasında Belarusa 1,5 milyard dollar kredit ayrılması ilə bağlı razılıq da əldə olunub.

İki ölkə arasında qruplaşmasının elanı Ukraynanın irimiqyaslı atəşə tutulmasından dərhal sonra bəyan edilib.

Ukrayna Baş Qərargahı həmin hücumlarda 83 raketdən əlavə, “Krım və Belarus ərazisindən buraxılmış” 17 “Shahed 136” kamikadze pilotsuz uçan aparatlarından istifadə olunduğunu bildirib.

Lukaşenka pilotsuz təyyarələrin Belarus ərazisindən buraxılması ilə bağlı məlumatı təkzib edib, amma o yenə də Ukraynanı Belarusa hücum hazırlamaqda ittiham edib. Belə bir iddianı Lukaşenka hələ bu ilin yazında da səsləndirib.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button