2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Rusiyanın Şərqi Avropa üçün Krım taktikası

Rusiyanın 2014-cü ildə Krımı ilhaqıyla başlayan prosesin ardından Baltik ölkələrindəki narahatlıq artaraq davam edir. Rus işğalı qorxusuyla yaşayan ölkələrdən biri olan Litva Rusiyanın tarixi təhrif edərək öz məqsədləri üçün istifadə etdiyini bildirdi.

Litvanın müdafiə naziri Raimundas Karoblis “Rusiya bir təhlükədir. Paytaxtımız Vilnüsün bizə aid olmadığını, Birinci və İkinci Dünya müharibələri arasında Polşa tərəfindən işğal edildiyini söyləyir. Bəli, bu, tarixdir, amma Rusiya bunu bəhanə olaraq istifadə edir” söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyanın kütləvi informasiya vasitələrindən istifadə edərək yanlış məlumatlandırma apardığını ifadə edən Karoblis: “Bəzən hökumət idarəsindəki xəbər agentliklərini, bəzən də televiziya kanallarını istifadə edirlər. Ümumiyyətlə, Dumadaki siyasətçilər danışır. Bu sıralar Klaipedanın (ölkənin 3-cü böyük şəhəri) Litvaya aid olmadığını və vaxtında Stalin tərəfindən hədiyyə edildiyini söyləyirlər. Krımın ilhaqıyla çox ciddi paralellər daşıyır. Litvanın ərazi bütövlüyü ilə əlaqədar təhlükələr olduğunu söyləyirik” deyib.

Ukraynadakı bəzi həmkarlarıyla danışdığını  bildirən səlahiyyətli “Ukraynadakı həmkarlarım 12 illik bir gizli məlumat əməliyyatları dövründən bəhs edir, bundan sonra şərtlər uyğun olduğu zaman gerçək əməliyyat başlayır” deyə narahatlığını bildirib.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button